Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir.
Tərbiyəçi | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Kamil Mirzəyev |
Ssenari müəllifləri |
Sofya Yaqubova V.Volkova |
Operator | Kamil Mirzəyev |
İstehsalçı | "Peşətexfilm" Studiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1971 |
Texniki məlumatlar |
1 hissə 120 metr 16 mm |
"Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır.
Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır.