Tərlan Fərəcov

Fərəcov Tərlan Hüseyn oğlu — texnika elmləri doktoru

Tərlan Fərəcov
Fərəcov Tərlan Hüseyn oğlu
Doğum tarixi
Doğum yeri Puşkin rayonu (hazırkı Biləsuvar rayonu), Azərbaycan
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru

Fərəcov Tərlan Hüseyn oğlu Azərbaycan Respublikasının Puşkin rayonunda anadan olmuşdur. 1955-ci ildə "Neft yataqlarının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə "Gürganneft" trestində müxtəlif vəzifələrdə işləmişdir. 1958-1968-ci illərdə AzETNÇİ-da böyük mühəndis işləmişdir. 1963-cü ildə "Quyuların qazılması zamanı elastik-plastik süxurların mexaniki xassələrinin və səmərəli dağılmasının tədqiqi" mövzusunda namizədlik, 1968-ci ildə isə "Böyük dərinliklərdə qazıma zamanı dağ süxurlarının dayanıqlığı və dağıdılması proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1994-cü illərdə Fərəcov T.H. həmçinin AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında pedaqoji fəaliyyət göstərmiş, "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fərəcov T.H. dağ süxurlarının dağılması mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının dağılması və deformasiyası məsələlərinin tədqiqi. Fərəcov T.H. 45 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.