Tərlan Novxanı (16 oktyabr 1985, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni, aktyor, bəstəkar.[1][2]
Tərlan Novxanı | |
---|---|
Tərlan Xanlar oğlu Cavadov | |
Ümumi məlumatlar | |
Doğum adı | Tərlan Cavadov |
Ləqəbi | Tərlan Novxanı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
meyxanaçı müğənni bəstəkar aktyor nəqliyyatçı jurnalist |
Fəaliyyət illəri | 2005–h.h. |
Janr | Meyxana |
Albom şirkəti | "Səbuhi studiyası" |
Təhsili |
Cavadov Tərlan Xanlar oğlu 16 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən, 20 Yanvar qurbanı Rüstəm Əliyevin adını daşıyan 3 №-li tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin avtonəqliyyat fakültəsində, 2003-2008-ci illərdə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətini keçərək, baş əsgər rütbəsini alıb.
Tərlan Novxanı 2005-ci ildə ailə həyatı qurub və iki övladı - bir oğlu və bir qızı var.
14 yaşından meyxana oxumağa başlayıb. İlk ustadı - meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb. Məhz bu ildə, "Səbuhi Studiyası"nda, Emin Elxanoğlu ilə duetdə "O gözəl yar" adlı ilk albomu işıq üzü görüb. Azərbaycanın bir çox tanınmış müğənniləri ilə duetlər oxuyub və kliplər çəkdirib.[3][4] Klip çəkilişləri, o cümlədən Türkiyədə də baş tutub.[5]
Hal-hazırda Azərbaycanın ən populyar meyxanaçılarından biridir.[6][7] Əsasən qafiyəli janrda, müxtəlif mövzularda meyxanalar ifa edir. 2012-ci ildə, ANS telekanalında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirakçı olub. Mütəmadə olaraq xeyriyyə məqsədli[8][9] və bayram tədbirlərində və konsert proqramlarında iştirak edir.[10]
16 aprel 2018-ci il tarixində, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin və Xocalı Mərkəzi rayon Xəstəxanasının təşkilatçılığı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı rayonundan olan məcburi köçkünlərin övladları və nəvələri üçün keçirilən sünnət mərasimində iştirak edib.[11]
19 oktyabr 2018-ci il tarixində "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf İctimai birliklərinin, həmçinin "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun birgə təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə əlaqədarkeçirilən tədbirdə ağacəkmə aksiyasında iştirak edərək, hərbi hissənin şəxsi heyəti qarşısında konsert proqramı ilə çıxış edib.[12]
17 noyabr 2018-ci il tarixində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar solo konserti keçirilib.[13]
2017-ci ildə, Özbəkistanın əməkdar artisti və tanınmış müğənnilərindən biri olan Uluqbek Rahmatullayevin Tərlan Novxanı ilə birgə oxuduğu "O gözəl yar” mahnısı hər iki ölkədə böyük populyarlıq qazandıqdan sonra[14], Rahmatullayev Tərlan Novxanını Özbəkistana dəvət edib və Daşkənddə baş tutan konsertdə iki sənətçinin dueti gerçəkləşib. "Özbəkistandan sevgilərlə" adlı daha bir konsert proqramı, 2019-cu ilin dekabr ayında, Bakıda, Heydər Əliyev adına sarayda baş tutub.[15] Məhz bu duetdən sonra "O gözəl yar” mahnısı, azərbaycanlı meyxanaçının repertuarında ən məşhur mahnıya çevrilib.[16][17]
2018-ci ildə, Özbəkistanın məşhur xanım müğənnisi Mənzurə ilə birlikdə, söz və musiqisi Tərlan Novxanının özünə aid olan "Xəyanət etmərəm"[18] və "Ayrı dünyalar" adlı kliplər çəkdirib.
2019-cu ildə Sumqayıtın "Dünya TV" telekanalında yayımlanan "Çətin həyat", 2020-ci ildə isə ATV kanalındakı "Aldanmış hisslər" seriallarında çəkilib.