Tərs siyahılı verilənlər bazası

Tərs siyahılı verilənlər bazası ( ing. inverted list database ~ ru. база данных инвертированного списка ~ tr. ters listeli veritabanı) – relyasiyalı verilənlər bazasından aşağıdakı fərqləri olan verilənlər bazası:

• Tərsinə çevrilmış siyahı cədvəlinin sətirləri (yazıları və ya kortejləri) hər hansı indeksləmə ardıcıllığından asılı olmayaraq müəyyən fiziki ardıcıllıqla yerləşir. • Ümumi verilənlər bazasını, bazanın cədvəlləri üçün qurulmuş müəyyən məntiqi birləşdirmə meyarlarından istifadə etməklə nizamlamaq olar. • Siyahının açarlarının sayı istənilən qədər ola bilər, həm də istər sadə, istərsə də mürəkkəb açarların əksinə olaraq, burada onlar istənilən sahə və ya sahələrin kombinasiyası ola bilər. • Bütövlüyə və ya unikallığa heç bir məhdudiyyət yoxdur. • Nə indekslər, nə də cədvəllər istifadəçiyə göstərilir.

Belə verilənlər bazasının idarə olunması sistemindəki bu fərqlərə görə verilənlərin uzlaşmasını, bütövlüyünü və təhlükəsizliyini təmin etmək çox çətindir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.