Təvarixi musiqiyyun — Xütən şəhərində molla İsmətullah ibn Nimətullah Möcizi tərəfindən yazılmış kitab.
Təvarixi musiqiyyun | |
---|---|
Müəllif | İsmətullah ibn Ni'mətullay Mö'cizi |
Əsərin əlyazması Əlişir Nəvai külliyatının saxlandığı arxivdə tapılmışdır. Hal-hazırda Çinin İctimai Elmlər Akademiyasının kitabxanasında 909.217/149 nömrəsi ilə saxlanılır.
Əlyazma Hicri-qəməri tarixi ilə 1338-ci ildən əvvəl yazılmışdır və kitabın sonunda müfti Mühəmməd Əmin Baqi adlı bir nəfərin möhürü basılmışdır. Baqi əlyazmada kitabın digər şəxs tərəfindən ona verildiyinə işarə edir. Əlyazma Xütənin saman kağızında, "nəstəliq" xəttində yazılmışdır.