Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması

Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir.

Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması[1].

İdarə etmə sistemin xüsusi qurğuları

[redaktə | mənbəni redaktə et]

Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər.

Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır. Təyyarənin özünün aparılmasından asılı olaraq belə dartının uzunluğu onun ştokunun hərəkəti zamanı avtomatik dəyişir. Təyyarənin vəziyyətinin dəyişməsi hissiyatlı qurğularla qiymətləndirilir (məsələn, təyyarə fırlanmasının bucaq sürətləri vericiləri; xətti təcillər vericiləri və başqaları).

Müasir təyyarənin mühərriklərinin idarə olunması da avtomalaşdırılır. Verilmiş uçuş trayektoriyasına dəqiq riayyət edilmə uçuş sürətinin dəqiq saxlanmasını tələb edir, uçuş sürətinin idarə olunması isə mühərriklərin dartı avtomatı ilə yerinə yetirilir.

Müasir səsdən iti uçan təyyarələrin idarəetmə sisteminin avtomatlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Müasir səsdən iti uçan təyyarələrin qanadlarının kiçik qalınlığı olduğuna görə onların sərtliyi nisbətən azdır. Bu səbəbdən uçuşda konstruksiyanın arzuolunmaz deformasiyaları yarana bilər, və təhlükəli rəqslərin yaranması mümkündür. Buna görə təyyarənin idarə etmə sisteminə izafi elastiki deformasiyaların qarşısını alan, həmçinin təyyarə konstruksiyasının arzuolunmaz rəqslərini söndürən xüsusi avtomatlar quraşdırılır, məsələn flaterlə aktiv mübarizə aparan, vurnuxna dempferi və s.

Bu səbəblərə görə müasir təyyarələrin idarə etmə sisteminə pilotun iştirakı olmadan və ya onun nəzarəti altında aşağıdakı funksiyaları yerinə yetirən xüsusi avtomatik idarəetmə sistemləri (AİS) daxil edirlər:

  • verilmiş hündürlükdə və verilmiş sürətlə təyyarənin əvvəlcədən verilmiş və ya uçuşda hesablanmış marşrut üzrə sürülməsi (avtopilot);
  • təyyarənin dayanıqlıq və iadrə olunma xarakteristikalarının yaxşılaşdırılması (dempferlər);
  • mühərriklərin idarə olunması (dartı avtomatı);
  • uçuşların təhlükəsizliyinin təyyarənin tətbiq effektivliyinin yüksəldilməsi.

Avtopilotun sükan maşınları idarəetmə elementlərinin və dəstəklərinin razılaşdırılmış dönməsini təmin etməklə birbaşa idarəetmə kəmərinə qoşulurlar. Dempferlərin intiqallarının idarəetmə kəmərlərinə differensial qoşulması vardır, və bu zaman idarəetmə dəstəkləri dənmədən yalnız sükanlar dönürlər. Bu halda nəzarət sükanların və eleronların vəziyyətlərinin indikatorlarına, bəzən isə həm də sükan maşınlarının çıxışındakı qüvvə indikatorlarına görə aparılır. Müasir AİS çox mürəkkəb bir qurğudur, hansınınki bəndlərindən biri avtopilotdur. Məsələn, müasir səsdən sürətli təyyarələrin AİS növbəti altsistemləri əhatə edir:

  • təyyarənin dayanıqlığının yüksəldilməsi;
  • tanqaj bucağına görə təyyarənin balanslaşdırılması;
  • bucaq hərəkətlərinin və trayektoruya idarə olunmasının stabilləşdirilməsi (dönmələrin, naviqsiyanın və oturmanın);
  • mühərriklərin dartı qüvvəsinin avtomatik idarə edilməsi;
  • yarımavtomatik idarəetmə (pilotun təyyarəni idarəetməsi zamanı);
  • qalxma və ikinci dövrəyə getmək üçün komanda siqnallarının hesablanması.

Bütün hava şəraitlərində oturmanın avtomatik sistemi elə quraşdırılmışdir ki, avtopilotda radioaparılma siqnallarını birləşdirirlər.

Oturmaya girmənin və oturmanın bütün mərhələrində aparılma siqnalları kurs-qlissada mayaklarından və oturmadan qabaq düzlənmə zamanı uçuş sürətini ölçən radiohündürlük ölçəndən daxil olurlar. Təyyarənin hava sürətini isə dartı avtomatı ilə idarə edirlər.

  1. Crouch, Tom. Blériot XI, Klassik təyyarələr haqqında. Smithsonian Institution Press. 1982. 21 & 22. ISBN 0-87474-345-1.