Yerdən Ay müxtəlif şəkillərdə : tam dairə, yarımdairə, oraq və s. şəkillərdə görünür. Bunlar dövrü olaraq bir-birini əvəz edir və təkrarlanır.Günəşdən Aya və Aydan Yerə olan istiqamətlər ara-sındakı bucağa faza bucağı y deyilir.I vəziyyətində Ayın Yerə tərəf çevrilmiş yarısı işıqlanmır və ona görə Yerdən Ay görünmür. Buna təzə Ay deyilir. Təzə Ay fazasında Ay Yerlə Günəş arasında olur. Bu fazada Ay birləşmə konfiqurasiyasındadır, onun fazası və faza bucağı Ф =0, y = 180o olar.
Təzə Ay fazasından 2-3 gün sonra Ay Günəş batan kimi qabarıq tərəfi Günəşə tərəf çevrilmiş nazik oraq şəklində görünür. II vəziyyətində Yerdən baxdıqda Ay yarım disk şəklində görünür. Yarımdiskin qabarıq tərəfi Günəşə doğru yönəlib. Bu fazaya I rüb deyilir. Bu zaman Ay şərq kvadraturasında olur. Ay gecənin birinci yarısı görünür. Onun fazası və faza bucağı Ф =1/2 , y =90° olar.
III vəziyyətində Ay dolu disk şəklində görünür. Günəş, Yer və Ay bir düz xətt üzərindədir. Yer Ayla Günəşin arasındadır. Bu faza dolu Ay və ya bədirlənmiş Ay adlanır. Bu zaman Ay əksdurma konfiqurasiyasında olur. Bu fazada Ay Günəş batan kimi doğur, bütün gecəni görünür, Günəş doğan kimi batır. Onun fazası və faza bucağı Ф =1 , y =0° olar.
IV vəziyyətində Ay yarım disk şəklində görünür, yarımdiskin qabarıq tərəfi Günəşdən əks tərəfə yönəlir. Bu fazaya axırıncı rüb deyilir. Bu zaman Ay qərb kvadraturasında olur. Ay gecənin ikinci yarısı görünür. Onun fazası və faza bucağı Ф =1/2 , y =90° olar.
Ayın mərhələləri Ayın Yerdən təxminən bir ay ərzində fərqli yollarıdır.
Ay Yerin ətrafında döndüyü kimi, Ayın yarısı Günəşə baxır. Yerdən görünə bilən Ayın parlaq hissəsinin müxtəlif formaları Ayın mərhələləri kimi tanınır. Hər bir addım hər 29,5 gün təkrarlanır.
Ayın eyni yarısı həmişə Yer üzünə baxır, beləliklə mərhələlər həmişə ayın səthinin eyni yarısında baş verir.
Bir mərhələ ayın yerini yerə bürüyür, hər gün fərqli görünür.
Ayın keçdiyi 8 əsas mərhələ var.