T-Series

Super Cassettes Industries Private Limited və ya daha çox tanınmış adı ilə T-Series, 1983-cü ildə Gülşən Kumar tərəfindən əsası qoyulmuş Hindistan film və musiqi şirkətidir. Şirkət əsas diqqətini xüsusi ilə Bollivud filmlərində istifadə olunan musiqilər ilə hind pop musiqisinə yönəltmişdir. T-Series 2014-cü ilə görə Hindistan musiqi bazarının 35%-nə sahibdir və bu onu Hindistanın ən böyük musiqi şirkəti edir. 2023-cü ilin noyabr ayına olan məlumata görə, T-Series 237 milyard ümumi baxışla YouTube-da ən çox baxış sayına və 2023-ci ilin avqustuna olan məlumata əsasən 252 milyon abunəçisi ilə ən çox abunəçisi olan kanalın sahibi və onun idarəçisidir. Şirkətin kanalı bu adı PewDiePie kanalını keçərək qazanmışdır. Ən çox musiqi şirkəti kimi tanınan T-Series film istehsalı şirkəti kimi də orta səviyyədə müvəffəqiyyətlər qazanmışdır.

T-Series
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi özəl şirkət[d]
Sənaye şou-biznes
Təsis tarixi 11 iyul 1983[1]
Baş qərargahın yeri
tseries.com
  1. SUPER CASSETTES INDUSTRIES PRIVATE LIMITED.