TMS və ya Transfer Matching System — bütün futbolçuların bir klubdan digərinə keçidi sistemi
TMS 2006-cı ilin fevralından FİFA-ya üzv 18 ölkədə sınaqdan çıxarılıb. Sonradan bu sistem dünyanın 3600-dən çox klubunda reallaşdırılıb.
2010-cu il oktyabrın 1-dən etibarən bütün futbolçuların bir klubdan digərinə keçidi Transfer Matching System (TMS) adlanan yeni sistem vasitəsilə qeydiyyata alınacaq[1].
TMS sadə onlayn sistem olsa da, futbolçuların bir klubdan digərinə istənilən keçidinə nəhəng təsir gücünə malik olacaq. Ən əsası, bu sistem ayrı-ayrı müqavilələrin şəffaflığını daha da yaxşılaşdıracaq və çirkli pulların yuyulması, gənc futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində yardımçı olacaq.