Bu məqaləni vikiləşdirmək lazımdır. |
Trinitrotoluol (tol, trotil, TNT, 1 metil-2, 4,6, trinirtometilbenzol. C6H5CH3) — geniş istifadə olunan brizant partlayıcı maddə. Rəngsiz, saxlandıqda saralan kristaldır (texniki trotil açıq-sarı kristaldır). Asetonda və benzolda yaxşı, suda pis (20 °C-də 100ml suda O,013q) həll olur.80,85 °C-də bərkiyir, sıxlığı 1,6 q/sm³-ə yaxındır. Trotil kimyəvi davamlıdır, partlayıcı xüsusiyyəti qalmaqla parçalanmadan uzun müddət saxlanıla bilər. Əsaslarla təsir etdikdə kəskin boyanmış kompleks, qələvilərlə təsir etdikdə isə asan partlayan qeyri-sabit metal törəmələri- trotilatlar əmələ gəlir.
Trotil partladıqda çoxlu miqdarda zəhərli dəm qazı əmələ gəlir. Digər partlayıcılardan daha stabildir. Zərbəyə, sürtünməyə və digər mexaniki təsirlərə qarşı davamlıdır. Metallarla və digər bərk maddələrlə reaksiyaya girmir. İşığın təsirindən rəngi getdikcə saralır və tündləşir. Preslənmiş və toz halında trotil daha həssasdır (həmçinin oda qarşı da həssaslığı artır) və standart kapsul datonatorların təsirindən asanlıqla partlayır, əksinə əridilmiş, külçə halında trotil detonasiyaya daha az həssasdır və bunun üçün preslənmiş trotildən ibarət aralıq detonatorlardan istifadə olunur. Trotil 290 °C-də yanır və buna görə də onu rahatlıqla ərinmə tempraturuna qədər qızdırmaq olur. Bu onun asanlıqla və təhlükəsiz əridilərək qəlibə tökülməsini asanlaşdırır. Əridilmiş və preslənmiş trotil açıq odun təsirindən partlayışsız, sarı alovla yanır.
Hərbi və digər partlayış işlərində təmiz və digər partlayıcılarla (heksogen, tetrir, TEN, ammonium-nitrat tərkibli PM-lər və s.) qarışıq şəklində (bu maddələrlə kimyəvi reaksiyaya girmir) işlədilir. Heksogen, TEN, tetrillə qarışığı bu partlayıcıların həssaslığını azaldır, ammonium-nitrat tərkibli PM-lərlə qarışığı isə onların partlayış gücünü və kimyəvi dözümlülüyünü artırır, hiqroskopikliyini isə azaldır.