TPMA metodu

Səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodunun alqoritmi şəkildə verilmişdir

Markerin ötürülməsi metodu – mühitə giriş metodudur və məlumatın ötürülməsinə icazə verilməsi üçün, bir işçi stansiyadan digər işçi stansiyasına marker ötürülür. Markeri alan işçi stasiya məlumat göndərə bilər və bunun üçün məlumat markerə qoşularaq şəbəkəyə ötürülür. Bu zaman marker məlumatı şəbəkədə daşıyır. Məlumatı göndərən və qəbul edən stansiyalar arasındakı bütün stansiyalar bu məlumatı görür, lakin onu ancaq təyinat stansiya qəbul edir. Bu zaman o yeni marker yaradır.

Marker (token) və ya səlahiyyət – verilənlərin ötürülməsinə başlamağa imkan verən unikal bitlər kombinasiyasıdır.

Hər bir qovşaq özündən əvvəlki qovşaqdan paketi qəbul edir, siqnalların səviyyəsini nominal səviyyəyə qədər bərpa edir və növbəti qovşağa göndərir. Göndərilən paket verilənlərə malik ola bilər və ya marker ola bilər. İşçi stansiyaya paket göndərmək lazım gəldikdə onun şəbəkə platası markerin daxil olmasını gözləyir, sonra onu müvafiq səviyyənin protokolu üzrə formatlaşdırılmış verilənlərdən ibarət olan paketə çevrir və sonra lokal şəbəkəyə göndərir, paket lokal şəbəkədə ünvana çatana qədər işçi stansiyalarının şəbəkə plataları arasında yayılır. Alan işçi stansiya paketin alınmasını təsdiq etmək üçün ona müəyyən bitlər əlavə edir və lokal şəbəkəyə qaytarır. Bundan sonra paket göndərən tərəfə qayıdır və paketin səhvsiz göndərildiyini yoxladıqdan sonra, qovşaq lokal şəbəkəni boşaldır və yeni marker daxil edir. Beləliklə marker ötürməsi olan lokal şəbəkələrdə konfliklərin baş verməsi mümkün deyil. Markerin ötürülməsi metodu əsasən həlqəvari topolgiyalı lokal şəbəkələrdə istifadə edilir.

- şəbəkədə verilənlər blokunun müəyyən vaxt ərzində çatdırılmasına zəmanət verir; - verilənlərin ötürülməsinə müxtəlif prioritetlərin verilməsi imkanının olması.

çatışmazlığı

[redaktə | mənbəni redaktə et]

- şəbəkədə markerin itməsi, həmçinin bir neçə markerin yaranması mümkündür və bu zaman şəbəkə işini dayandırır; - yeni işçi stansiyanın qoşulması və ləğv olunması bütün sistemin ünvanının dəyişməsinə səbəb olur.

Şıxəliyev R.H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2017, 143 səh.