Bu məqaləni vikiləşdirmək lazımdır. |
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir.[1] TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.