TUSAŞ Anka-Aksungur

TAI Aksungur, Türkiyə Aviasiya və Kosmik Sənayesi (TAI) tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan pilotsuz uçuş aparatıdır. Təyyarənin gövdəsi, qanad və eniş qurğuları bu proqram üçün yeni hazırlansa da, yeni PUA xüsusən daxili sistemlər və avionika baxımından Anka ailəsi ilə ortaq xüsusiyyətlərini qoruyur. Bundan əlavə, xidmətdə olan mövcud yer idarəetmə stansiyasından istifadə edərək uça bilər. Aksungur, TUSAŞ tərəfindən istehsal edilən ən böyük təyyarədir. Uzunmüddətli nəzarət, kəşfiyyat, dəniz patrul missiyaları və ya pilotsuz döyüş uçuş aparatı kimi istifadə üçün nəzərdə tutulmuşdur. TAI silah paketlərini inteqrasiya edərək 2020-ci ildə Aksunguru seriya istehsal halına gətirməyi planlaşdırır.

TUSAŞ Anka-Aksungur
Tipi HALE Hücum PUA
Hazırlayan Türk Aerokosmik Sənayesi
İstehsalçı Türk Aerokosmik Sənayesi
İlk uçuş 20 Mart 2019[1]
İstismara verilmə tarixi 2020-ci ildə planlaşdırılır[2][3]
Status ancaq prototip
İstismarçı Türkiyə
Buraxılış sayı 2 ədəd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adını yırtıcı quş növü olan ağ sungurdan götürən model orta hündürlükdə uzun ömürlü (MALE) pilotsuz uçuş aparatı (İHA) olaraq təsnif edilir. Türkiyə Silahlı Qüvvələrinin taktiki nəzarət və kəşf missiyaları üçün Türkiyə Aviasiya və Kosmik Sənayesi (TAI) tərəfindən hazırlanmış və istehsal edilmişdir. Aksungur ikiqat təkan konfiqurasiyasında hazırlanmışdır və iki turbo mühərrikə malikdir.

İHA-nın inkişafı 18 ay çəkdi. Korpus, qanad və eniş qurğuları yenidən dizayn edilsə də, idarəetmə sistemləri mövcud Anka ailəsi ilə ortaqdır. Proqram üçün mövcud mühərrikdən istifadə edərək gövdənin ilk uçuş sınaqları ilə yanaşı yeni bir turbo dizel mühərriki də hazırlanmışdır. Test məqsədləri üçün iki prototip istehsal edildi. Avtomatik uçuş və enmə imkanlarını nümayiş etdirən ilk uçuş 20 mart 2019 tarixində reallaşdı və dörd saat iyirmi dəqiqə davam etdi. Həmin ilin 3 aprelində ikinci üç saatlıq bir sınaq uçuşu etdiyi bildirildi. 30 aprel İstanbulda 2019 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) təqdim edildi. CNN Türk, 2019-cu ilin İyul ayında davam edən uçuş testlərini olduğunu bildirdi. İstehsalçı ilin sonuna qədər cəmi 50 ilə 60 test proqnozlaşdırırdı. PUA-nın 2020-ci ilin ilk rübünə qədər kütləvi istehsalına başlaması planlaşdırılır.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Aksungurun uzunluğu 12 metr, hündürlüyü 3 metrdir.

Təyyarə 12 m (39 fut) uzunluğu və eniş çarxında dayanarkən 3 m (9,8 fut) hündürlüyü var. Yüksək quraşdırılmış qanadlar yüngül bir dihedral bucaq və 24 m (79 fut) qanad sahəsinə malikdir. PUA-nın gövdə mərkəzi qanadlar altındadır. Avionika, kamera və sensor sistemləri burun hissədədir. Yanacaq korpus daxilindəki çənlərdə saxlanılır. Hər qanadın altında bir ədəd turbo mühərrik yerləşdirilib.3 ayaqlı enmə qurğusu uçuş zamanı mühərrik bölməsinə və PUA-nın burnuna bağlanır.

PUA TUSAŞ Motor Sanayii A.Ş. tərəfindən turbo konfiqurasiyasında hazırlanan və üç pərvanəli pərlə təchiz olunan iki ədəd PD-170 dizel mühərrikləri tərəfindən dəstəklənir. İstehsalçının verdiyi məlumata görə, bu mühərriklər "Aksungur"un maksimum 180 km/saat sürətlə hərəkət etməsinə və maksimum 750 kq yükü 7600 m və ya 150 kq yükü 11000 m yüksəklikdə daşımasına imkan verir. PUA-nın maksimum yükü sələfindən 375% yüksəkdir, ən yüksək uçuş kütləsi isə 3300 kq-dır.Hücum və ya dəniz missiyaları zamanı 12 saat, siqnal kəşfiyyat missiyaları zamanı isə 24 saat havada qalmaq qabiliyyətinə malikdir.

"Aksungur"un uzaqdan idarə olunması, DO-178B proqram təminatına və ikiqat şifrəli rəqəmsal məlumat bağlantısına malik DO-254 yerüstü idarəetmə stansiyası tərəfindən həyata keçirilir. İstəyə bağlı olaraq, rabitə peyki vasitəsi ilə PUA birbaşa müşahidə zonasından kənarda da əməliyyatlar həyata keçirə bilər.

2019-cu ildə TAI F-4 və F-16 qırıcı təyyarələrinə məxsus olan silah sistemlərini "Aksungur"a inteqrasiya etməklə məşğul olub. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu sabit nöqtələr 150, 300 və 500 kq ağırlığında yük daşımaq üçün nəzərdə tutulur. "Aksungur" PUA-sı TEBER-81 (lazerlə idarə olunan MK-81 bombası), TEBER-82 (lazerlə idarə olunan MK-82 bombası), LUMTAS, MAM-L, "Roketsan Cirit", MAM-C, HGK-3, KGK-82 və digər sursatları tətbiq etmək qabiliyyətinə malikdir.[4]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Uzunluğu: 39.3 ft (12.0 m)
  • Qanad uzunluğu: 78.7 ft (24.0 m)
  • Yüksəklik: 9.8 ft (3.0 m)
  • Kütləsi: 3968 lb (1800 kg)
  • Maksimum qalxma kütləsi: 7275 lb (3300 kg)
  • Faydalı yük: 1.653 lb (750 kg))
  • Güc qurğusu: 2× TEI PD170 turboprop motor, 170 hp-220 hp (126 kW-164 kW) (Her biri)

Uçuş Göstəriciləri

  • Maksimum sürəti: 155 mph (250 km/h)
  • Məsafəsi: 4.039 mil (6.500 kilometre)
  • Maksimum uçuş yüksəkliyi: 40.000 ft (12.192 m)

Silahlar

    • Raketləri:
      • TEBER -81 (lazerlə idarə olunan MK-81)
      • TEBER-82 (lazerlə idarə olunan MK-82)
      • LUMTAS
      • MAM-L
      • MAM-C
      • Cirit
      • HGK-3
      • KGK (82) (Qanadlı izləmə kiti)
  1. Wong, Kelvin (17 Nisan 2019). "Turkey advances Anka-Aksungur MALE UAV development". Jane's 360. 1 Haziran 2019
  2. "Arxivlənmiş surət". 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  3. "Arxivlənmiş surət". 2019-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  4. "Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA istehsalçısı TAI (HƏRBİ EKSPERT) - II HİSSƏ". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.