TV Girl — 2010-cu ildə ABŞ-nin San-Dieqo şəhərində qurulmuş indi-pop qrupu. Qrup Bred Piterinq, Breyden Patterson, Reyqan Landen, Ceyson Uaytman və Vyatt Harmondan ibarətdir. TV Girl hazırda Los-Ancelesdə fəaliyyət göstərir.
TV Girl mahnılarında tez-tez 1960-cı illərin musiqi və səs parçalarından istifadə edir. Onlar Yeastie Girlz triosunun "Ovary Action" albomundakı mahnılardan sample götürərək "Not Allowed" mahnısını ərsəyə gətiriblər.
Qrup debüt mini-albomunu 2010-cu ildə buraxıb. Onlar 2012-ci ildə öz miksteyplərini yayımlayıblar. TV Girl-in ilk studiya albomu olan "French Exit" 2014-cü ildə işıq üzü görüb. Onlar 2016-cı ildə "Who Really Cares" adlı ikinci albomlarını təqdim ediblər. TV Girl növbəti albomlarını 2018 və 2023-cü ildə yayımlayıb.
TV Girl 2010-cu ildə Todd Rundqrenin "Hello It's Me" mahnısından semplı özündə birləşdirən "If You Want It" mahnısı ilə tanınma qazandı.[1] Orijinal mahnının hüquqlarına sahib olan Rhino Entertainment qrupdan bu mahnının silinməsini tələb etdi. Qrup bunun adınca mahnını Bandcamp-dakı öz mini-albomundan yığışdırmalı oldu.[2]
TV Girl 2012-ci ildə "The Wild, The Innocent, The TV Shuffle" adlı ilk miksteypini rənglənə bilən kitab ilə birlikdə pulsuz buraxdı. Buraxılış əvvəlcə onların ilk rəsmi albomu olacaqdı, ancaq Piterinq və Nqo bunun miksteyp olmasına qərar verdilər.[3]