Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tabulyasiya simvolu — tab character ~ символ табуляции ~ sekme karakteri ~ səkmə simvolu, tabulyasiya simvolu – ekranda və çap olunan səhifədə sətirlər və sütunları düzləndirmək üçün istifadə olunan işarə. Tabulyasıya simvolu görünüşcə Spacebar klavişini basarkən daxil edilən boşluq simvolları ardıcıllığından fərqlənmir, ancaq kompüter üçün tabulyasiya simvolu və boşluq simvolu ayrı-ayrı simvollardır. Faylların ötürülməsi və saxlanması ilə bağlı bəzi əməliyyatlar zamanı tabulyasiya simvolu uyğun sayda boşluq simvoluna çevrilir ki, bu da faylın bir proqramda yaradılıb, başqa proqramda istifadə edildiyi hal üçün çox faydalıdır. ASCII kodlaşdırma sxemində tabulyasiya simvolu üçün iki kod var: ekrana, yaxud səhifəyə köndələn aralıqlar almaq üçün üfüqi tabulyasiya (onluq kodu: 9, onaltılıq kodu: 9h) və ekran, yaxud səhifə boyunca aralıqlar almaq üçün şaquli tabulyasiya (onluq kodu: 11, onaltılıq kodu: 08h).
Dialoq boksunda bir neçə səhifənin əyani göstərilməsi. Hər hansı səhifəyə keçmək üçün, sadəcə, həmin səhifənin adı yazılmış "qulaqlığı" çıqqıldatmaq lazımdır.
tabbed browsing – səkməklə gözdən keçirmə; veb-brauzerin yuxarısındakı "qulaqlıq"ları (TABS) çıqqıldatmaqla bir pəncərədə açılmış bir neçə veb-səhifənin birindən o birinə tez keçmək imkanı. Birdən çox veb-səhifə açıldıqda brauzerin pəncərəsinin yuxarısında "qulaqlıq"lar əmələ gəlir. Hər bir açıq veb-səhifənin öz "qulaqlığ"ı olur və aktiv "qulaqlıq" öz səhifəsi ilə ön planda əks olunur, qeyri-aktiv "qulaqlıq"lar isə arxada gizlənir. İstifadəçi hər hansı "qulaqlığ"ı çıqqıldatmaqla onu aktivləşdirə, yəni həmin səhifəni ön plana keçirə bilər.
tab-delimited – səkmə simvolu ilə sınırılmış, tabulyasiya simvolu (ASCII 9) ilə ayrılmış; səkmə simvolu ilə sınırılmış fayl mətn faylıdır və bu faylda verilənlər bir-birindən tabulyasiya simvolu ilə ayrılırlar ki, redaktorda baxanda sütun boyunca düzülmüş kimi görünürlər. Doğrudur, müxtəlif redaktorlar sütunları fərqli yerləşdirə bilər, ancaq bu, cədvəldəki elementlərin nizamını pozmadan onları mətn faylında saxlamağın yollarından biridir.
Tab key ~ клавиша табуляции ~ sekme tuşu, Tab tuşu ~ səkmə klavişi, tabulyasiya klavişi – klaviaturada: üzərində iki ox şəkli (bir sola, obiri sağa yönəli), yaxud, sadəcə, Tab qeyd olunmuş klaviş. Bu klavişdən ənənəvi olaraq (məsələn, mətn prosessorunda) sənədə tabulyasiya simvolları daxil etmək üçün istifadə olunur. Başqa tətbiqi proqramlarda tabulyasiya klavişi çox zaman ekranda seçdirilmiş elementi bir yerdən başqa yerə aparmaq üçün istifadə olunur. Menyu sisteminin istifadə edildiyi proqramlarda menyu bəndinin birindən başqasına keçmək üçün, adətən, tabulyasiya klavişindən istifadə olunur; verilənlər bazası və elektron cədvəllərin əksəriyyətində tabulyasiya klavişi basıldıqda seçilmiş elementin göstəricisi (işıqlanma, kursor, çərçivə və s.) yazı hüdudunda, yaxud xanalar arasında hərəkət edir.
tab stop ~ позиция табуляции ~ sekme durağı ~ tabulyasiya yeri – pəncərədə, sətirdə: TAB klavişini basdıqda kursorun yerini dəyişdiyi nöqtə. Bax: RULER, TABULATION, WORD PROCESSOR