Tacəddin Vahidov

Tacəddin Vahidov

Tacəddin Siracəddin oğlu Vahidov — Fəlsəfə doktoru, dosent

Həyatı[redaktə | mənbəni redaktə et]

1935-ci ildə Kürdəmirin Çöhranlı kəndində ( İsmayıllı, Diyallı kəndi ) anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirərək Göyçay pedaqoji texnikumuna müsabiqəsiz qəbul edilmişdir. Yüksək bilik və təşkilatçılıq qabiliyyətinə görə təhsilinin birinci kursundan sonuna kimi pedaqoji texnikumun komsomol təşkilat katibi vəzifəsinə təyin edilmişdir. Bu müddətdə Göyçay rayon Komsomol Təşkilatının azad katib vəzifəsinə irəli çəkilmişdir.

1954-cü ildə Göyçay pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir.
1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
1959-1960-cı illərdə Kürdəmir şəhər 1 saylı orta məktəbdə fizika müəllimi işləyib.
1961-1967-ci illərdə rayonun Sığırlı kənd orta məktəbində direktor işləyib.
1967-1968-ci illərdə Kürdəmir 13 saylı orta məktəbdə direktor müavini işləyib.

1962-1969-cu illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan SSR Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir.

1969-cu il yanvar ayınının 1-dən 2020-ci ilin sonuna kimi ADPU-da müəllim, baş müəllim, dosent kimi Fizika tədrisi metodikası kafedrası, və Nəzəri fizika kafedrasında fəaliyyət göstərmişdir.

2020-ci il dekabr ayının 26-da, 85 yaşında dünyasını dəyişmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1.Universitetdə pedaqoji fəaliyyətlə yanaşı (1972-1992-ci illərdə) Azərbaycan Televiziyası ilə canlı yayımda "Fizika sinfi", "Abituriyentə kömək" verilişlərini aparmışdır.
2. Azərbaycan müəllimləri təkmilləşdirmə institunda müdavimlərə fizika tədrisi metodikasından dərs aparmışdır.
3.Həmin illərdə BDU-nun dəvəti ilə ali məktəb müəllimlərinin təkmilləşdirilməsi kurslarında elmi mahazirələr oxumuşdur.
4.1972-1990-cı illərdə Respublika fizika -riyaziyyat təmayüllü orta məktəbdə fizika dərsləri aparmışdır.
5.1978-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinində fizika fənnindən dərs demişdir.
6. Təhsil Nazirliyinin vahid elmi-metodik şurasının üzvü kimi on ilə yaxın fəaliyyət göstərmişdir.
7. 2000-ci ildən Respublika Təhsil Nazirliyinin ali məktəblərdə yoxlama aparan işçi qrupunun üzvü olmuşdur.
8. 2003-cü ildən nazir əmri ilə müxtəlif ali məktəblərdə Yekun Dövlət Attestasiyası Komissiyasının sədri təyin edilmişdir.

Nəşrləri[redaktə | mənbəni redaktə et]

  • İlk məqalə "Fizika-riyaziyyat" məcmuəsində 1967-ci ildə çıxıb.
  • Jurnal, qəzet və məcmuələrdə 100-ə yaxın məqalələri dərc olunub.

Aşağıdakı elmi kütləvi və metodik vəsaitlərin müəllifidir:

  • Avtomatika və radioelektrometriya xalq təsərrüfatında - 1971
  • Fizika tarixinə dair xronoloji məlumatlar - 1992
  • Fiziki əmsal və sabitlər - 1997
  • Orta ümumtəhsil və orta ixtisas məktəblərində texnika elementləri - 1999
  • Avtomatika, telemexanika və radioelektronika xalq təsərrüfatında - 2003
  • Elm tarixindən oçerklər - 2006
  • Fizika məlumat kitabı - 2006
  • Orta məktəbdə fizika tədrisinin metodoloji əsasları - iki nəşr 2007-2009
  • Fizika təcrübə nümayişləri, laborotoriya işləri, praktikumlar - 2009
  • Fizika tarixində oçerklər II nəşr - 2009
  • Fizika elmi tarixi məlumatlarla - 2010
  • Fizika və tibb - 2011
  • Yarımkeçiricilər "Fizika və elektronikanın əsasları" kursunda - 2013

2100 səhifəlik kitabları barədə məlumat Universitet Elmi Şurasının katibinin təsdiqi ilə əlavə olunur.

Aşağıda göstərilən şəhərlərdə elmi və elmi metodik konfranslarda məruzələrlə çıxışlar etmişdir: - Vladimir şəhərində - 1970 -ci ildə
- Lipetsk şəhərində - 1971 -ci ildə
- Lutsk şəhərində - 1980-cı ildə
- Moskva şəhərində - 1982-ci ildə
- Leninqrad ( Sankt -Peterburq ) şəhərində - 1971-1984-cü illərdə
- Gəncə şəhərində 1975-1985-ci illərdə

Orta məktəblərə kömək məqsədi ilə respublikanın bir sıra məktəblərində fizika laboratoriyalarının yaradılmasına rəhbərlik etmişdir.

Bakıda 54, 11, 240, 44 saylı fizika - riyaziyyat təmayüllü orta məktəblərdə, Zaqatala rayonu Danaçıkənd orta məktəbi və İsmayıllı şəhəri 3 saylı məktəblərdə fizika laboratoriyaları qurmuşdur.

Onun haqqında "Azərbaycan müəllimi" qəzetində "Faydalı təşəbbüs" adlı böyük məqalə dərc edilmişdir.

İşlədiyi müddətdə TEC xətti ilə tələbələr hazırlığına görə universitet rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Uzun illər respublika rayonlarında fizika olimpiadaları keçirmişdir.

"Bilik cəmiyyəti" xətti ilə məzmunlu mühazirələrinə görə cəmiyyətin respublika rəhbərliyi tərəfindən qiymətli mükafat və fəxri fərman almışdır.

İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və elmi katib kimi uzun müddət fəaliyyət göstərmişdir.

Fizika tədrisi metodikasına dair üç dissertasiya işinə opponentlik etmişdir.

10 ilə yaxın müddətdə universitetin fizika fakültəsinin partiya təşkilat katibi vəzifəsinə seçilmişdir.


Ailəsi haqqında[redaktə | mənbəni redaktə et]

Atası Siracəddin Adilov Kürdəmir və İsmayıllının nüfuzlu adamlarından olub. Anası Xatın xanım qayğıkeş, mehriban, gözəl ana olmuşdur.

Həyat yoldaşı Bikəxanım Respublikanın Qabaqcıl Təhsil işçisi olmaqla, Nəsimi rayon 159 saylı məktəbin ali dərəcəli metodist müəllimi olub. İki kitabın müəllifi olmaqla, çoxlu sayda məqalələri jurnallarda dərc olunub.Onun fəaliyyəti barədə radio, televiziya və qəzetlərdə verlişlər verilib və məqalələr dərc edilib.

Böyük oğlu Adil Vahidov fizika və hüquq fakültələrini əla qiymətlərlə bitirərək Elmlər Akademiyasının Yer fizikası ixtisası üzrə aspiranturada təhsilini tam başa vurmuşdur. Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 26 il işləmişdir. Gömrük xidməti polkovniki rütbəsi verilmişdir.Hazırda Vergi Xidmətində baş vergi xidməti müşaviri vəzifəsində fəaliyyət göstərir.6 elmi kitabın müəliffidir.

Qızı Alidə Vahidova ( Rəsulova) Bakı şəhəri 54 saylı orta məktəbi "Qızıl medalla" bitirərək ali məktəblərə qəbul imtahanlarında əla nəticələr göstərməklə Azərbaycan Tibb universitetinin müalicə profilaktikası fakultəsinə daxil olmuşdur. O, tibb universitetini əla qiymətlərlə bitirib Bakı şəhəri 16 nömrəli şəhər poliklinikasına həkim təyinatı almışdır. "Fizika və tibb" adlı kitabın müəllifidir.


Üç dəfə FƏXRİ FƏRMAN ONUNCU BEŞİLLİYİN QALİBİ və RESPUBLİKANIN QABAQCIL TƏHSİL İŞÇİSİ adını alıb

Oğlu Vahid Vahidov avtomobil mühəndisliyi və eləcədə tarix fakultəsini bitirib, tarix üzrə yazılmış iki elmi kitabın müəllifidir. Gəlinləri Yeganə Vahidova Bakı səhəri 159 saylı tam orta məktəbin məktəbin baş psixoloqu vəzifəsində çalışır, Vəfa Vahidova isə Bakı səhəri 1 saylı tam orta məktəbin müəllimidir.

Lətifə, Vüqar, Fərid və Mətin adlı nəvələri, Səid,Uğur və Natiq adlı nəticələri var.
Qardaşı Şərafəddin Vahidovun ailəsi Kürdəmir şəhərində yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]