Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tac boşalması sərbəst boşalmadır. Bu halda elektronların yaratdıgı zərbə ionlaşması bütun aralıqda deyil, yalnız onun elektroda yaxın hissəsində baş verir.
Tac boşalmasının sel və strimer forması olur. Bu boşalma gedən aralıqda deşilmə gərginliyinin qiyməti başlangıc gərginlikdən çox olduğu halda baş verir.
Tac boşalması EVX-də enerji itkiləri yaradır. Məsələn, ifrat yüksəkgərginlikli xətlərdə pis hava şəraitində tac boşalmasında enerji itkisi 100 – 200 kVt/km və daha çox ola bilər. Bundan başqa, havanın ionlaşma məhsulları izolyasiyaya və metal armatura dağıdıcı təsir göstərir. Tac boşalması həm də radio və televiziya verilişlərinin yayılmasına və qəbulunamaneə törədən akustik səs-küy və yuksəktezlikli elektromaqnit şüalanma (tezlik spektri 0,154 − 100 MHs) mənbəyidir.
Tac boşalmasında havanın ionlaşması baş verir və naqilin səthində işarəsi gərginliyinn polyarlığına uyğun olan həcmi yük yaranır. Elektrik sahə quvvələrinin təsiri ilə həcmi yükü təşkil edən ionlar naqildən hərəkət edir. Onların hərəkəti üçün enerji sərf edilməlidir ki, bu da, əsas etibarilə, tacın enerji itkilərini təyin edir, çünki havanın ionlaşmasına enerji sərfi xeyli azdır.
Sabit gərginlikdə taclanma unipolyar və bipolyar olur. Əgər taclanma bir naqildə olursa o unipolyardır. Unipolyar taclanmada yükü taclanan naqilin işarəsinə uyğun olan tacın generasiya etdiyi yüklər elektrik sahəsinin təsiri ilə yerə tərəf səmtlənir və orada neytrallaşır. Bipolyar taclanmada müxtəlif polyarlıqlı naqillərin həcmi yükləri bir-birinə qarşı hərəkət edir. Qarşılaşmada əks içarəli ionların rekombinasiyası baş verir. İonların bir hissəsi qarşı tərəfdə olan naqilin fəzasına daxil olur və taclanmanın intensivliyi güclənir. Bu isə tac itkilərini artırır.
Dəyişən gərginlikdə tac boşalması t1 vaxtında tacın başlanğıc gərginliyinə bərabər olan ilkin gərginliyə (Ub) çatdıqda yaranır (şəkil 1 a). Naqilin ətrafında tacın örtüyü adlanan ionlşma zonası yaranır (şəkil 1 c). Müsbət yüklər (şəkil 1 c) tacın örtüyündən ətraf fəzaya çıxır və xarici həcmi yük yaradır. Taclanma prosesi t2 vaxtında gərginliyin Umak qiymətinə çatmasına qədər davam edir.
Gərginliyin Umak qiymətinə qədər artmasına baxmayaraq həcmi yükün təsiri nəticəsində naqildə sahə gərginliyi Eb sabit olaraq qalır. Sonra gərginlik azalmağa başlayır. Naqildə gərginlik sahəsi də sinxron azalır ki, bu da tacın sönməsinə səbəb olur. Lakin tac söndükdən sonra (t2-dən sonra) naqilin ətrafındakı fəzada naqildən uzaqlaşan müsbət xarici həcmi yük qalır (şəkil 1 c). Həcmi yükün uzaqlaşdığı məsafə naqildəki gərginlikdən asılı olub ~ 40 −100sm təşkil edir. Naqildə gərginlik t3 vaxtına qədər azaldıqca naqillə həcmi yüklər arasında potensiallar fərqi artır. Gərginliyin U0-a çatdığı t4 vaxtında (şəkil 1.18,a, c) onun qiyməti əhəmiyyətli dərəcədə Ub-dan çox kiçik olur, mənfi mənfi işarəli tac yaranır. Bu halda mənfi yüklənmiş hissəciklər naqildən xarici fəzaya doğru hərəkət etməyə başlayır, naqilə tərəf isə xarici həcmi yukdən müsbət yüklü hissəciklər hərəkət edirlər. Bu yüklü hissəciklərin müsbət xarici həcmi yüküntamkompensasiyasınaqədər rekombinasiyası baş verir. Sonra xarici fəzada mənfi həcmi yük yığılır. Bütün bunlar t4 və t5 vaxtları arasında baş verir (şəkil 1 a, c). t5 vaxtında (gərginliyin azalmasının başlangıcında) mənfi işarəli tac sönür. Sonra bütün bu dövrlər təkrarlanır və tacın yanması hər iki polyarlıqda U0 gərginliyində baş verir.
Naqillə yer arasında dəyişən cərəyan tezliyində yüklənən və boşalan C tutumu yaranır. Bu halda naqillə yer arasında tutum cərəyanı ic (şəkil 1 b) axır:
t1 anında tac boşalmasının yaranması xəttin tutum cərəyanının üzərinə düşən və cərəyanın sinusoidasını təhrif edən tac cərəyanının(it) yaranmasına səbəb olur (şəkil 1 b). Tac cərəyanının dikliklərinin muddəti onun yanma müddətinə, yəni t1-dən t2-yə qədər (və ya t4−t5, t6−t7) olan vaxta bərabərdir.
Dəyişən gərginlikdə naqillərin taclanması sabit gərginlikdə olduğundan daha intensivdir və digər eyni şərtlər daxilində tac itkiləri olduqca çox olur.
Tac boşalmasının xarakteristikalarına (ilkin gərginlik, enerji itkiləri, radiomaneələr, küy) hava şəraitinin təsiri böyükdür. Atmosfer çöküntüləri tacın başlangıc yaranma gərginliyini kəskin azaldır.