Təhrik-i-Taliban Tacikistan (tac. муаллифики Toliboni Tajikistan, fars. تحریک طالبان تاجیکستان; mənası –Tacikistan Taliban Hərəkatı, TTT) — Tacikistan islamçı silahlı qrupu. Əfqanıstan–Tacikistan sərhədində fəaliyyət göstərir. 2022-ci ildə Əfqanıstanın Bədəxşan şəhərində Məhəmməd Şaripov tərəfindən yaradılmışdır.
Tacikistan Talibanı |
---|
"Təhrik-i-Taliban Tacikistan" Bədəxşanda Tacikistan vətəndaşı və keçmiş "Camaat Ənsarullah" döyüşçüsü, əsl adı Məhəmməd Şaripov olan Mehdi Arslan tərəfindən yaradılmışdır. Məqsədi Əfqanıstanda olduğu kimi Tacikistanda da islam əmirliyi yaratmatdır. Şaripov Tacikistanda terrorçular siyahısındadır. TTT əsasən Əfqanıstandan olan və əvvəllər əsas "Taliban"ın tərkibində olan taciklərdən ibarətdir. Hal-hazırda onun 250-yə yaxın üzvü var. Qrup yaradıldığını elan etdikdən sonra onlar Tacikistanın hərəkətlərini izləmək üçün Əfqanıstan–Tacikistan sərhədində gözətçi qülləsi tikmişlər.[1][2][3]
Təşkilatın Əfqanıstan Talibanı, Pakistan Talibanı, Əl-Qaidə və Türkistan İslam Partiyası kimi digər cihadçı qruplarla birlikdə oxşar motivləri və məqsədləri var. Təşkilat Tacikistanda Əfqanıstan "Taliban"ının tərzində fundamentalist islam və şəriət qanunlarını tətbiq etmək, Tacikistanı Əfqanıstana bənzər islam əmirliyinə çevirmək üçün islam ekstremizmini yaymaq məqsədi daşıyır.[4]
The pro-Taliban Tajik jihadist group emerged in 2022 ... Afghanistan had become home to islamist militant groups ... among them were al-Qaeda,Haqqani,Afghan taliban to Tajikistani Taliban. All these paramilitary groups, originally from the same source, had similar motivations and goals.