Tacir Pançenkonun binası

Tacir Pançenkonun binasıRostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1910-cu ildə inşa edilmişdir. Bina Eklektika stilinə sahibdir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir.

Tacir Pançenkonun binası
rus. Дом купца Панченко
47°34′33″ şm. e. 41°05′42″ ş. u.
Ölkə  Rusiya
Şəhər Konstantinovsk
Tikilmə tarixi 1910
Memarlıq quruluşu Eklektika

Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Kartaşova küçəsi, 35

Tarixi[redaktə | mənbəni redaktə et]

ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Eklektika stilində inşa edilən binalardan biridə Kartaşova küçəsi, ev 35 ünvanında yerləşən iki mərtəbədən ibarət olan iki mərtəbəli binadır. Bina kərpiçdən inşa edilmişdir. Tikili 1910-cu ildə I gildiya taciri, kağız fabrikinin sahibi, Rostov-na-Donu şəhərinin fəxri sakinin nəvəsi İvan Stepanoviç Pançenkonun vəsaiti hesabına inşa edilmişdir[1]. Binada qızlar real gimnaziyası və aptek yerləşirdi.

İvan Stepanoviç Pançenko ictimai xadim olmuşdur. O, II Aleksandr abidəsinin inşası üzrə Rostov şəhər dumasının komitə üzvü, Nikolayevsk şəhər xəstəxanasının inşası üzrə komitənin üzvü, Rostov şəhər dumasının üzvü olmuşdur. Tacirin vəsaiti hesabına kilsə və xəstəxanalar inşa edilmişdir. Onun həyat yoldaşı Kapitolina Semenovna Yekaterina qızlar gimnaziyasını maliyyələşdirirdi.

Binanın birinci mərtəbəsində Valentinoviçin apteki yerləşirdi. Üstəlik burada ilkin tibbi yardım göstərilirdi. İkinci mərtəbədə isə qızlar gimnasiyası qərarlaşırdı.

İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla regional əhəmiyyətli arxitektur abidə elan edilmişdir.

Təsviri[redaktə | mənbəni redaktə et]

Tacir Pançenkonun binası iki mərtəbədən ibarətdir. Bina kərpiçdən inşa edilmişdir. Eklektika stilinə sahibdir. Mərtəbələr arasında karniz yerləşir. Pəncərələri yarımdairəvi formaya malikdir[2]. Binada iki giriş vardır. Onlar iki küçəyəyə açılır. Binanın yerləşdiri mövqe küncvaridir. Belə ki, onun fasadları 25 oktyabr və Kartaşeva küçlərinə açılır.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Панченко Иван Степанович". 2017-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
  2. Глазычев В. Л. Архитектура. Энциклопедия. — М.: Дизайн. Информация. Картография; Астрель; АСТ, 2002. — 672 с. — ISBN 5-17-005418-1.