Tacqoyma kilsəsi (Alba-Yuliya)

Tacqoyma kilsəsi (rum. Catedrala Încoronării) ― Üç üqnum və müqəddəsləri olan Arxangel, MikayılCəbrayıla həsr edilmiş provoslav kilsə kafedralıdır. Kilsə Rumıniyanın Alba-Yuliya şəhərində yerləşir. Kilsə Rumıniya ilə Transilvaniyanın birləşməsindən sonra tikilmişdir. Mitropolit Alba-Yuliyanın iqamətgahı hesab olunur.

Tacqoyma kilsəsi
rum. Catedrala Încoronării
46°04′06″ şm. e. 23°34′10″ ş. u.
Ölkə Rumıniya Rumıniya
Status Ölkə əhəmiyyətli abidə
Şəhər Alba-Yuliya
Yerləşir Alba (judets)[1]
Aidiyyatı Rumıniya ortodoks kilsəsi
Tikilmə tarixi 1921- 1922
Üslubu Bizans memarlığı
Rəsmi sayt reintregirea.ro
KateqoriyaKilsə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Tacqoyma kilsəsi (Rumıniya)
Tacqoyma kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Kilsə və onu əhatə edən digər binalar Alba-Yuliya qalasının qərb hissəsində — Roma platosunun yaxınlığında, qarovulxananın yerində tikilmişdir. Kilsə mitropolit Alba-Yuliyanın keçmiş iqamətgahına əlavə olaraq fikirləşilmişdir. Həmin ərazidə 1597-ci ildə Cəsur Mixay tərəfindən daş məbədi tikilmişdir. Qabsburqlar sülaləsinin hakimiyyəti dövründə həmin məbəd dağıdılmışdır. Onun yerində yeni kilsənin qurulması üçün tikinti-inşaat işləri başlanmışdır. Kilsənin tikintisi 1713-14-cü illər aralığında başa çatdırılmışdır. Hal-hazırda həmin ərazidə şəhər dəmiryolu vağzalı yerləşir.[2]

Böyük Rumıniyanın hökmdarları olan kral Ferdinandın və onun arvadı kraliça Mariyanın tac qoyma mərasimi üçün kilsə 1921-1922-ci illər aralığında yenidən tikilmişdir. Tacqoyma mərasimi 15 oktyabr 1922-ci ildə baş tutmuşdur. Mərasim Alba-Yuliya şəhərində keçirilmişdir. 1918-ci ilin sonunda rumınların həyata keçirdiyi qurultay bu kilsədə keçirilmişdir. Rumıniya, Transilvaniya və Bukovinin birləşməsi haqqında qərar bu kilsədə qəbul edilmişdir. Ancaq Ferdinand bir katolik olaraq, pravoslav kilsəsində tac qoymaqdan imtina etdi. Buna görə də mərasim məbədin həyətində keçirildi.[3] Kilsənin ərazisində 2008-ci ildə hadisənin qeyd edilməsi ilə bağlı olaraq kralın və kraliçanın büstləri ucaldılmışdır.[4]

Arxitektura[redaktə | mənbəni redaktə et]

Kilsə binalar qrupunun bir hissəsidir. XIX əsrin sonundan başlayaraq binalar milli rumın stilində tikilirdi. Bu binalar memar İona Minku və Pyotr Antoneskunun cəhdləri sayəsində inşa olunurdu. Kilsənin xarici fasadını dekorativ elementlər, taxçalar, sütunlar və kapitellər, ətrafını isə muncuqlar, qövslər bəzəyir. Günbəzlər Matey Basaraba və Konstantin Brınkovyanunun dövründə Valaxiya kilsələrini xatırladır. İnteryer Kostinom Petresku və onun şagirdlərininin çəkdiyi freskalarla bəzənmişdir. Onlar freskaları Bizans incəsənətinin ənənəvi üslubu ilə çəkmişdilər. Amma bəzi hissələrdə qərb təsirini də aydın görmək mümkündür.[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 "Arhiepiscopia Ortodoxă Română Alba Iulia - Site-ul oficial al Arhiepiscopiei Ortodoxe Română Alba Iulia" (rumın). Arhiepiscopia Ortodoxă Română Alba Iulia. 2012-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  3. "Visiting the Coronation Cathedral" (ingilis). Visit Alba Iulia. 2017-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  4. "Alba Iulia: Catedrala Încoronării regilor Ferdinand şi Maria (GALERIE FOTO)". adevarul.ro (ingilis). İstifadə tarixi: 2017-03-28.