Tahir Abdullayev (riyaziyyatçı)

Tahir Həsən oğlu Abdullayev (1904, Qıraq Kəsəmən, Qazax qəzasıBakı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri.

Tahir Abdullayev
Tahir Həsən oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Qıraq Kəsəmən, Ağstafa rayonu, Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor

Həyatı və elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Tahir Abdullayev 1904-cü ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Qıraq Kəsəmən kənd məktəbini bitirdikdən sonra ikiillik Pedaqoji İnstituta daxil olmuşdur. 1924-cü ildə institutu bitirib Qazax müəllimlər seminariyasında riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər döyüşən orduda qulluq etmişdir.

Müharibədən sonra ali təhsil almışdır. Dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Dövlət Universitetində müəllim işləmiş, sonralar isə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasında əvvəlcə dosent, sonra professor, ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır.

100-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə ona qədər elmlər namizədi və elmlər doktoru yetişmişdir.

1978-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.