Tahir Həsən oğlu Abdullayev (1904, Qıraq Kəsəmən, Qazax qəzası – Bakı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri.
Tahir Abdullayev | |
---|---|
Tahir Həsən oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Qıraq Kəsəmən, Ağstafa rayonu, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Tahir Abdullayev 1904-cü ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Qıraq Kəsəmən kənd məktəbini bitirdikdən sonra ikiillik Pedaqoji İnstituta daxil olmuşdur. 1924-cü ildə institutu bitirib Qazax müəllimlər seminariyasında riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər döyüşən orduda qulluq etmişdir.
Müharibədən sonra ali təhsil almışdır. Dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Dövlət Universitetində müəllim işləmiş, sonralar isə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasında əvvəlcə dosent, sonra professor, ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır.
100-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə ona qədər elmlər namizədi və elmlər doktoru yetişmişdir.
1978-ci ildə Bakı şəhərində vəfat etmişdir.