Həsən Tahsin Paşa (1846, İstanbul – 1930, İstanbul) — Osmanlı bürokratı. II Əbdülhəmid dövründə 1894-1908-ci illəri arasında Mabeyn-i Hümayunun baş katibi - sultanın şəxsi katibi kimi fəaliyyət göstərmişdir.
Tahsin Paşa | |
---|---|
Doğum tarixi | 1846 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Fəaliyyəti | Bürokrat, Paşa |
Məsud Əfəndinin ailəsində dünyaya gəlmiş, Rüşdiyədəki təhsilini tamamladıqdan sonra 11 iyun 1870-ci ildə 11 yaşında Sədarət Məktubi Qələminə (Yazı idarəsinə) daxil olmuşdur. Daha sonra Daxiliyyə Nəzarəti (Daxili İşlər Nazirliyi) Məktubi Qələmində vəzifəyə təyin edilmiş və həmin idarədə baş katib kimi işləmişdir.
7 iyul 1888-ci ildə vəzifəsi yüksəldilərək, Bəhriyyə Nəzarəti (Dəniz Nazirliyi) Məktub Şöbəsinə göndərilmişdir. Qabiliyyəti, ləyaqəti və dürüstlüyünə görə Sultan II Əbdülhəmid tərəfindən 26 noyabr 1894-cü ildə Sürəyya paşanın vəfatı ilə boş qalmış Mabeyn baş katibliyinə təyin olunmuş və bu vəzifədə 4 avqust 1908-ci ilə qədər qalmışdır. II Məşruyyətin (Konstitusiyanın) elanından sonra ittihadçılar tərəfindən Mehmet Rza paşa, Ratıb paşa, Zəki paşa ve Şehremini Rəşid paşa ilə birlikdə Saqqız adasına sürgün edilmişdir.
Bir müddətdən sonra əfv edilmiş ve sürgündən geri dönmüşdür. Türkiyədə cümhuriyyətin elanından sonra Təkəl Tütün Deposunda baş katib kimi işləmişdir. 1930-cu ilində İstanbulda vəfat etmişdir.
Sultan II Əbdülhəmidin yanında çalışdığı dövrlə bağlı xatirələr kitabı yazmışdır.
İddia edildiyi kimi ərəb deyildi və yalnız türkcə danışa bilirdi.
2017-ci ildə TRT-1 kanalında yayıma başlayan Paytaxt: Əbdülhəmid serialında Tahsin paşa rolunu Bahadır Yenişehirlioğlu ifa etmişdir.