Talış üsyanı — 1629-cu ildə, talış kəndlilərinin və şəhər yoxsullarının İran ağalığına və yerli feodallara qarşı çıxışı.[1]
1629-cu ilin yayında başlayan üsyan tezliklə ətraf əraziləri bürüyüb. Üsyanda təqribən 30 min nəfər iştirak edib. Səfəvi hökmüdarı Şah Səfi üsyançılara qarşı Astara hakimi Sarı xanın komandası altında qoşun göndərib. Döyüşlərin birində təqribən 7 min nəfər tələfat verən üsyançılar məğlubiyyətə uğradılıblar.