Talış qoyunqulağı

Silene talyschensis Schishk.

Talış qoyunqulağı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Talış qoyunqulağı
Beynəlxalq elmi adı
  • Silene talyschensis

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, endemik növüdür.

Regional IUCN Statusu VU D2.[1]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisidir. Gövdələri 20-25 sm hündürlükdədir. Kökyanı yarpaqları kiçik, uzunsov, tərs – yumurtavari, ket, saplaqlı, gövdə və lansetli, sivri, aşağı hissədə qısa saplağa çatanda daralır, çox vaxt ellipsşəkilli və ya yumurtavari, 2-4 sm uzunluqda, 0,5-2 sm enində, yuxarı yarpaqlar isə oturaqdır. Budaqlarda yerləşən çiçəklər birtərəfli, oturaq, çiçəkləmə vaxtə horizontal əyilmiş vəziyyətdə olur. Kasacıq 10-12 mm uzunluqda, silindrik, ağ ya da boz tüklənmiş qıvrım tüklərlə örtülmüşdür. Qozası 6-7 (8) mm uzunluğunda, enli-yumurtavari, qısa 1,5-2 mm-dək çılpaq karpofor üstündədir. Toxumlar 1,5-2 mm uzunluqda, tumurcuqvri, qara, qabarıqlıdır. [2] [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı, işıqsevəndir. Dağ kserofit qruplaşmalarının komponentidir. Orta daö qurşağında quru, çınqıllı yamaclarda, çınqıl daşlarda rast gəlinir .[3] [4][5]

Yayılması: Diabar. [3]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen amillərin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amilləri

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (tapdalanma, otarılma) və populyasiyanın zəif təkrar olunması.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri aparılmır. Yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum banklarında saxlanılması, introduksiya edilməsi təklif olunur.

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Tal%C4%B1%C5%9F%20qoyunqula%C4%9F%C4%B1[ölü keçid]
  3. 1 2 3  1. Флора Азербайджана, 1952;
  4. 2. Ахундов Г.Ф., 1972
  5. Schtaz G., Shulkina T., Solomon J., 2013;