Talışskiy vestnik

Talışskiy vestnik — 2000-ci ilin iyun ayından 2004-cü ilin iyul ayına kimi Rusiya Federasiyasının paytaxtı Moskvada nəşr olunan, "Avesta" Talış Mədəni-Maarif Cəmiyyəti tərəfindən təsis edilmiş aylıq[1] talış milli qəzeti.

Talışskiy vestnik
Yaranma tarixi 6 iyun 2000
Dil talış dili, rus dili
Nəşrini dayandırıb 3 iyul 2004
talishvestnik.narod.ru

Qəzet 2000-ci ildə Moskvada talışların "Avesta" Talış Mədəni-Maarif Cəmiyyəti tərəfindən təsis edilib.[2]

Qəzetin ilk nömrəsi 2000-ci il iyunun 6-da işıq üzü görüb.[3] Qəzet MEDİA-UNION nəzdində Millətlərarası Mətbuat Gildiyasının bir hissəsi idi. Baş redaktor Yelena Ələkbərova-Talışinskaya, baş redaktorun müavini Sabir Şindani, sistem administratoru/elektron versiyanın admini Nail Fərziyev idi.

Dərc olunan mövzular

[redaktə | mənbəni redaktə et]

"Talışski vestnik" qəzeti mədəni-maarif məsələləri sahəsində müxtəlif mövzuları işıqlandırırdı. Qəzetdə talışların tarixi, talış dili dərsləri, o cümlədən talış dilinin qrammatikası və lüğəti ilə bağlı məqalələr dərc olunurdu. Oxucular üçün tapşırıqlar, talış dilində krossvordlar var idi. Bayram günlərində qəzetdə təbriklər dərc olunurdu. Qəzetdə idman xəbərləri ilə bağlı rubrika məcburi yer tuturdu, talış dilində şeir və nəsr rubrikaları da var idi.

Qəzetdə talış nağılları, xalq mahnıları və digər folklor nümunələri də dərc olunurdu. İstər tarix, ədəbiyyat sahəsindəki əsərlər, istərsə də təşkilati məsələlərlə bağlı rus dilində məqalələr mühüm yer tuturdu.

  1. "сми Талышский Вестник, региона: СНГ. Информационное издание". findsmi.ru. İstifadə tarixi: 2020-09-11.[ölü keçid]
  2. "Газета "Талышский Вестник", русская версия". talishvestnik.narod.ru. 2005-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11.
  3. А. Байрами. Справка об истории талышского печатного издания (талышский) // Толышон Садо. — 2012. — 25 февраль (№ 6 (018)). — С. 8.