Talara (Peru)

TalaraPerunun şimal-qərbində bir şəhər.

Talara
Talara
4°35′ c. e. 81°16′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 15 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 99.600 nəf. (2022)[1]
Digər
munitalara.gob.pe
Xəritəni göstər/gizlə
Talara xəritədə
Talara
Talara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piura bölgəsinin Talara əyalətinin inzibati mərkəzi. Əhalisi 103,2 min nəfərdir (2005-ci il statistikalarına əsasən).

Cənubi Amerika qitəsinin ən qərb nöqtəsi olan Parinyas burnunun yaxınlığında yerləşir. Sakit okeanda əhəmiyyətli bir limanlardan biridir. Neft hasilatı və neft emalı mərkəzi olmuşdur (1914-cü ildən sənaye hasilatı). Talarada istifadəyə verilən 1 hava limanı vardır — Cap. FAP Victor Montes Arias International Airport.

Talaranın cənub-qərbində Perunun ilk neft quyusu (1850-ci ildə aşkar edilmiş) yerləşir.

Böyük neft ehtiyatları və aviasiya yanacağının nizamlanmış istehsalı sayəsində Talaradan İkinci Dünya müharibəsi zamanı ABŞ aviasiyası tərəfindən aviabazalarda istifadə olunurdu.