Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915[2][3], 1917[4] və 1919[5] kimi qeyd olunur.
Talat Tunçalp | |
---|---|
türk. Talat Tunçalp | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (101 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İntizam | Yürüşçü |
Rolu | Yarışçı |
Karyerası | |
Yenilənib | 2 yanvar 2017 |
O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı.[4] 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur.[2][3][4] O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu.[6] Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi.[7] but did not finish the individual race.[5]
1949-cu ildə fəal idmançı karyerasını başa vurduğunu açıqladı.[7] 1950-ci ildə isə Türkiyə Velosiped İdmanı Federasiyasının prezidenti seçildi. 1968-ci ildə tutduğu vəzifədən istefa verdi. Bundan sonra isə o, Presidential Cycling Tour of Turkey velosiped turnirinin təşkil edilmədində yaxından kömək oldu. 14 yanvar 2014-cü ildə Halet Çambel vəfat etdikdən sonra bildirildi ki, Tunçalp ən yaşlı və hələ də yaşayan türk olimpiyaçısıdır.[2][3][4] Tunçalp 1 yanvar 2017-ci ildə 101 yaşında vəfat etmişdir.[8]
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |