Talay

Talay — türk mifologiyasında dəniz və okean tanrısı. Okeanlar və dənizlər onun məsuliyyətindədir. 19 dənizin qovuşduğu yerdə yaşayır. Dənizləri və okeanları idarə edər. İçindəki canlıları qoruyar. Yaşlı və uzun ağ bığları olan bir adam görünüşündədir. İstədiyi zaman nəhəng bir balıq (və ya balina) formasına girə bilər. Dənizlərin qabarıb çəkilməsinə qərar verir. Monqol buddizmi ilə yaxın əlaqə içində olan Tibet buddizminin (Lamaizm) mənəvi lideri olan şəxslərə verilən Dalay Blama (Dalay Lama) ünvanının ilk sözü monqolcadan tibetcəyə keçmişdir və okean mənası daşıyır. Okean qədər əngin bir müdrikliyi və şəfqəti izah etmək üçün istifadə edilər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Tal/Dal) kökündən törəmişdir. "Talmaq/Dalmaq" felindən gəlir. Ənginlik, dərinlik, sonsuzluq mənaları vardır. Talaz sözü dalğa deməkdir. Taluy və ya Daluy isə okean mənasını verər.

Mənbə[redaktə | mənbəni redaktə et]