Babayev Tale Bəyənulla oğlu — Qarabağ müharibəsi şəhidi.
Tale Babayev | |
---|---|
Babayev Tale Eynulla oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Oğuz rayonu Yaqublu (Oğuz) kəndi, Azərbaycan SSR |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Babayev Tale Bəyənulla oğlu 1964-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü.
Yaqublu kənd orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə kənddəki “Azərbaycan” sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdı.
1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi.
1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi.
1992-ci ilin mart ayının 29-da səhər tezdən rotaya düşmən hücumunu qabaqlamaq üçün hücuma keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum başladı. Düşmənin bir neçə postu darmadağın edildi. Qanlı döyüş bir neçə saat çəkdi.
Bu Talenin son döyüşü oldu. O, Vətən uğrunda öz canını qurban verdi. Allah dərgahına – şəhidlik zirvəsinə ucaldı.
Oğuz şəhərindəki “Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur. Onun bu torpaqda uyumağa hamıdan çox haqqı vardır.
Azərbaycan Respublikası Nazirlər Kabineartinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə T.Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məktəbinə verilmişdir. Məktəbdə şəhid T.Babayev xatirəsinə ayrıca abidə düzəldilmiş və xüsusi guşə hazırlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineartinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə T.Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məktəbinə verilmişdir.