Tamğa vergisi

Tamğa — Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı. Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləğv olunurdu ki, bu da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi.[1] Həsən bəy Rumlu və başqa tarixçilərin məlumatından aydın olur ki, 872 (1564/65)-ci ildə I Şah Təhmasib 30000 tümən məbləğində olan tamğanı, o cümlədən Naxçıvanın tamğasını da ləğv etmişdi. Təbiidir ki, o, belə hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirlərindən biri olan vergidən məhrumolmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, hökmdar bu yolla xalq həyəcanlarının qarşısını almaq istəməşdir.[1]

Tamğanı toplayan şəxs tamğacı adlanmışdır.[1]

  1. 1 2 3 Şahin Fərzəliyev. Azərbaycan XV–XVI əsrlərdə. "Elm nəşriyyatı", 1983. səh. 58