Tamalpais dağı

Tamalpais dağı — ABŞ-ın Kaliforniya ştatınında dağ. Dağlıq ərazisinin çox hissəsi ABŞ Milli Park Xidməti tərəfindən qorunur[1] və Tamalpais dağı Dövlət parkı[2] kimi istifadə olunur.

Tamalpais dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 784 m
Nisbi hündürlüyü 750 m
Yerləşməsi
37°55′44″ şm. e. 122°34′40″ q. u.
Ölkə
Tamalpais dağı xəritədə
Tamalpais dağı
Tamalpais dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tamalpais dağının arxasında gün batımı

Tamalpais dağı Şimali Kaliforniya Sahil silsilələrinin bir hissəsi olan Marin təpələrinin ən yüksək zirvəsidir.[3] Qərb zirvəsinin hündürlüyü təxminən 2560 futdur (780 m).[4] Şərq zirvəsi 2571 fut (784 m) hündürlüyündədir.

Dağ San Fransisko şəhərindən və Şərqi Körfəz bölgəsindən aydın görünür.

Dağın çox hissəsi Tamalpais Dağı Dövlət Parkı, Muir Vuds Milli parkı və Tamalpais Dağı Su Hövzəsi də daxil olmaqla qorunan ictimai torpaqlarda yerləşir.[5]

Tamalpais adı ilk dəfə 1845-ci ildə qeydə alınıb. Dağın adı "Qərb təpəsi" mənasını verir.

Yazda Azalea təpəsindən panorama.

Hündürlüyü müxtəlif, yamacları okean və körfəz yaxınlığında olduğuna görə dağın havası soyuq və dumanlıdan tutmuş isti və quruya, sərin və küləkli müxtəlif mikroiqlimlərə malikdir.

San-Fransiskoda olduğu kimi, ilin ən çox yağıntısı qış aylarında düşür. Soyuq və rütubətli qış fırtınaları zamanı dağa da müntəzəm olaraq qar yağır.

İstirahət yerləri

[redaktə | mənbəni redaktə et]

Tamalpais dağı San Fransisko Körfəz Bölgəsinin sakinləri üçün gəzinti, dağ və yol velosipedi, at sürmə yeridir. Yaxşı şəbəkələşdirilmiş cığır və yol sistemi gəzintilər, pikniklər və çox cəlbedici attraksionlar təklif edir.

İlk simsiz qüllələr dağda XX-ci əsrin əvvəllərində tikildi.

Tamalpais dağında həmçinin Edgevud Nəbatat bağı və Sidney B. Kuşinq amfiteatrı yerləşir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  2. "Arxivlənmiş surət". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  3. "Arxivlənmiş surət". 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  4. "Arxivlənmiş surət". 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  5. "Arxivlənmiş surət". 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  6. "Arxivlənmiş surət". 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.