Tamara Aleksandrovna Çernova (rus. Чернова Тамара Александровна; d. 2 yanvar 1928, Sverdlovsk, RSFSR) — Sovet kino və teatr aktrisası, RSFSR əməkdar artisti (1966).[1]
Tamara Çernova | |
---|---|
Тамара Чернова | |
Doğum tarixi | |
Doğum yeri | Sverdlovsk, RSFSR |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1950 — 1991 |
Mükafatları | |
IMDb | ID0155952 |
Tamara Çernova 1928-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) dünyaya gəlmişdir. Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olmuşdur. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı ekiz bacısı və Klara adlı böyük bacısı olmuşdur.
Böyük Vətən Müharibəsi illərində "Uralmaş" zavodunda çalışmış, həmçinin hospitallarda növbətçi olmuşdur. 1947-ci ildə Kiyevdə rus teatrının teatr studiyasını bitirmiş, daha sonra Leninqrada yollanaraq burada Teatr institutunun aktyorluq fakültəsinə qəbul olunmuş və bir ilə yaxın burada təhsil almışdır.
1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlara çıxan "Qoçaq insanlar" ("Смелые люди") filmində debüt edən Tamara dərhal məşhurlaşdı. Həmin il ailə quran aktrisa tezliklə ana olduğu üçün yeni filmlərdə çəkilmək təkliflərinə razı olmurdu. Bu filmin təqdimatından sonra o, Moskva Bədii Akademik Teatrının (Московский художественный академический театр) məktəb-studiyasının ikinci kursuna qəbul olunur. Buranı 1953-cü ildə bitirdikdən sonra Mossovet adına Teatrın truppasında fəaliyyətə başlayır.
1955-ci ildə "Bakı kinostudiyası"nın çəkdiyi "Bəxtiyar" filmində Saşa rolunu ifa edir və Rəşid Behbudovun tərəf müqabili olur.[2]
1991-ci ildə səhhətindəki problemlərlə əlaqədar teatrdan ayrılan Tamara Çernova hazırda Rusiyada yaşayır.[3]