Tamara alacası

Tamara alacası (lat. Zygaena tamara) — Pulcuqluqanadlılar dəstəsinə, Alacalar fəsiləsinə aid növ. Cənubi Qafqaz endemidir. Nəsli kəsilməkdə olan növdür.

Tamara alacası
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Zygaena}}, taksonun sistematikasını təsvir etməlidir Zygaena.
Növ:
Tamara alacası
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 25-30 mm-dir. Ön qanadlar üzərində 3 ədəd iri ləkələr pupdan yenicə uçmuş kəpənəklərdə qırmızı olur, zaman keçdikcə isə onlar saralır, qanadların kənarı qara haşiyelidir. Dişilərdə arxa qanadlar qırmızı, erkəklərdə isə sarıdır. Qarıncığın sonuncu buğumları qırmızı, ucu isə qaradır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kserofil bitkilər ilə örtülü (traqakant gəvənlər (Astragalus sp.), tikanlı xaşa (Onobrychis sp.), çatır, zımbırtikan (Eryngium sp.), sığırquyruğu (Verbascum sp.), ceyranotu (Petrosimonia brachiata) və s.) açıq dağətəyi və dağ yamacları. Kəpənəklərin uçuşu ağır və ləngdir. Cavan fərdlərin qanadlarının əsas fonu çəhrayı-qırmızımtıl olur, bir neçə gündən sonra isə sarıya çevrilir. Kəpənəklər iyulun axırından avqustunaxırına qədər uçur. Cütləşmə və yumurtaqoyma avqustun I-II ongünlüyündə baş verir. Yumurtalar şoxillik çətirçiçəklilər fəsiləsinin çatır cinsindən olan Pragos ferulacea bitkisinin gövdələrinə sonunda çatrın gövdəsində uzunsov perqamentli baramalarda puplaşırlar. Kəpənəklər iyulun axırında çıxır. Bu növ ildə bir nəsil verir. Tırtıllarında İchneumonidae fəsiləsindən olan minicilər parazitlik edirlər.

Sayı[redaktə | mənbəni redaktə et]

Son dərəcə nadir hallarda rast gəlinən növdür. Cəmi 5 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yazda yerli əhali tərəfindən çatırın qida kimi yığılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Tırtılların qidalandığı tikanlı xaşanin toplanmasının məhdudlaşdırılması, kəpənəklərin tutulmasının qadağan edilməsi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]