Tandava – (canksr. ताण्डव, Tāṇḍava, tandu-rəqs etmə) sözündən götürülüb, həmçinin tandava-nritya-induslarin tanrısı Şiva-nın rəqsi mənasını verir.
İndus mifologiyasına görə Şiva tandavası enerjili rəqs olub-"yaradılma-qoruma- dağıtma" mənasını kəsb edir. Mütəxəssislərin fikrincə[1] bu rəqsdə Şivanin təkəbbürü, gücü, ikiüzlülüyü özünü göstərir. Şiva rəqs edərkən ekstaz halına düşüb güclü qüvvə toplayır və əvvəlcə bu qüvvəni yaratmağa, sonra isə dağıtmağa sərf edir. Bununla o,yaradılış prosesini özünəməxsus ritmlə dəstəkləyir.
Rudra-tandava Allahın əvvəlcə kainatı yaradıb, sonra yaratdığını dağıtması nöqteyi-nəzərini ifadə edir. Ananda-tandava isə artıq Şivanın "sevinc"rəqsini ifadə edir.
Belə hesab edilir ki, tandava adı Şivanın qulluqçusu Tandunun[2] adından götürüb. Tandu "Natya-şastra"-nın müəllifi Baharatanın təlimat vericisi olub. Alimlər Tandunun "Natya-şastraya"daxil olan bir çox rəqslərin müəllifi olduğunu təsdiq edirlər[3].
Tandava rəqsinin bir çox növü var. Ən əvvəl Ananda-tandava və Rudra-tandava gəlir. Sonra isə daha beş adı: tripura-tandava, sanqyaha-tandava,samxara-tandava, kali-tandava və uma – tandava[4] göstərilir. Bəzən tandavanın sayı 9 və ya 16-ya çatır.
Ən məşhuru Ananda-tandava sayılır. Bu rəqs Şivanın beş funksiyasını – şristi (kainatin yaranması), stixti (qoruma), samxara (dağıtma), triobxava (illyuziya;gizlətmə) və anuqraxa (mərhəmət) simvolizə edir. İnduizm ikonoqrafiyada Şiva rəqs zamanı dördəlli və sol ayağını yuxarıya qaldırmış təsvir edilir. Şivanın yarıqatlanmış sağ ayağı isə cəhalət iblisi olan cirtdan Apasmarunu yerə sıxır. Şivanın əllərində damaru təbil və od var. Başını isə simurq quşunun lələkləri, aypara və kəllə bəzəyir. Şivanin saçlarından isə Qanq çayı[5] axır. Bəzən tanrının fiqurunun ətrafında od halqası görünür.
Mütəxəssislər bu obrazın Cənubi Hindistan mənşəli olduğunu göstərirlər. Orada Cidambaram şəhərində Şiva-Nataraci məbədi var[6].