Tannu-Ola

Tannu-Ola (tıva Таңды-Уула) — Cənubi Sibirdə, Tıvanın cənubunda yerləşən dağ sistemi. Şərq və qərb olmaqla iki hissədən ibarətdir[2]. Silsilə şərqdən qərbə, Monqolustan sərhədi boyunca uzanır. Orta hündürlüyü 2500–2700 m-dir[3]. Uzunluğu təqribən 300 km-dir.

Tannu-Ola dağları
tıva Таңды-Уула
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3061 m
Uzunluğu 300 km
Süxurları Şistlər, qranit
Yerləşməsi
51°04′12″ şm. e. 92°23′25″ ş. u.
Ölkə
Tannu-Ola dağları xəritədə
Tannu-Ola dağları
Tannu-Ola dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbədi qarla örtülü dağları yoxdur. Şimal yamacları Yenisey üçün xarakderik olan sidr tayqa meşələri ilə örtülmüşdür. Cənub yamaclarında çöllər üstünlük təşkil edir. Tannu-Olanın qərb ucu Altay dağlarına bitişikdir. Silsilədən axan çaylar əhəmiyyətsizdir.

Geoloji süxurları: mişar daşı, şist, konqlomerat, effuziv çöküntü süxurları və qranitlər (Şərqi Tannu-Ola) ilə təmsil olunur. Daha əvvəllər dağlarda kobalt çıxarılırdı.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Böyük Ensiklopedik sözlük". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
  3. ""Танну-Ола" в Большой советской энциклопедии". 2008-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.