Tanqo (pol. Tango) — 1981-ci ildə Zbiqnev Rıbçinski tərəfindən çəkilmiş Polşa qısa metrajlı cizgi filmi.[2] Cizgi filmi 55-ci Akademiya Mükafatlarında Ən Yaxşı Qisa Cizgi Filmi nominasiyasında Oskar mükafatını qazanıb.[3]
Tanqo | |
---|---|
Tango | |
Rejissor | Zbiqnev Rıbçinski |
Prodüser | Ziqmunt Smıçek |
Ssenari müəllifi | Zbiqnev Rıbçinski |
İstehsalçılar |
Film Polski Studio Se-Ma-For [1] |
İlk baxış tarixi | 1980 |
Müddət | 8 dəqiqə |
Ölkə | Polşa |
İl | 1981 |
IMDb | ID0084764 |
Filmdə ilk boş bir otaq təsvir olunur. Bir top pəncərədən sıçrayır və topu götürmək istəyən bir oğlan otağa girib, topla otağı tərk edir. Bu hərəkətlər ardıcıl olaraq təkrarlanır və tədricən otaqdan fərqli insanların getdikcə daha çox təkrarlanan yolları müşayiət olunur.