Tanrı inancı (Bartolini)

"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı ErmitajdaMilandakı Muzey Poldi-Pezzolidə saxlanılır.

Tanrı inancı
La Fiducia in Dio
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı
Memarlıq üslubu Neoklassisizm
Heykəltaraş Lorenzo Bartolini
Sifarişçi Roza Trivulzio Poldi Pezzoli
Tikilib 1833
Hündürlüyü 98x49x64,5 sm[1]
Material mərmər
Saxlanıldığı yer Azərbaycan Azərbaycan Azərbaycan Milli İncəsənət Muzeyi
İtaliya İtaliya Muzey Poldi-Pezzoli
Rusiya Rusiya Ermitaj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir.

Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir.[2]

Əsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir. Onun ortadan səliqə ilə ayrılmış saçları başının arxasında səliqə ilə yumrulanmışdır. Başını bir qədər sağa əyən qadın gözlərini səmaya zilləyərək ibadət edir.

Bartolini bu əsərində öz ənənəvi neoklassisizmini dini setimentalizm hissləri və realistik detal təsvirləri ilə birləşdirmişdir ki, bu da onun İntibah dövrü Florensiya heykəltəraşlarının əsərlərindən ilhamlanmasını və dövrün ən güclü sənətkarı olmaqla bütün florensiyalı həmkarlarına təsir edən Antonio Kanovanın əhatəsindən uzaq qalmasını göstərir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]