Tanya Stupar-Trifunoviç

Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977[1], Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır.

Tanya Stupar-Trifunoviç
serb. Тања Ступар Трифуновић
Doğum tarixi 20 avqust 1977(1977-08-20)[1] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, nasir, şairə
Əsərlərinin dili serb dili
İstiqamət realizm
Janrlar nəsr, poeziya

Həyatı[redaktə | mənbəni redaktə et]

1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir.[2] Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir. Eyni zamanda Stupar-Trifunoviç "Putevi" ədəbi jurnalının redaktorudur. EU Prize for Literature 2016 mükafatına namizəd olmuşdur.[3]

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  • Barbarlar səhər yeməyi zamanı nə düşünürlər (serb. О чему мисле варвари док доручкују)
  • Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır (serb. Главни јунак је човјек који се заљубљује у несрећу)
  • Ananın otağında saat (serb. Сатови у мајчиној соби)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Тања Ступар Трифуновић: Сатови у мајчиној соби, Завод за уџбенике и наставна средства, Источно Сарајево, 2014.