Tap görək (oyun)

Tap görək — Azərbaycan milli uşaq oyunu.

Yaş[redaktə | mənbəni redaktə et]

15 6-10

Oyunçuların sayı[redaktə | mənbəni redaktə et]

1

Oyun qaydası[redaktə | mənbəni redaktə et]

Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər. Ortadakı uşaq yenə birdən uşağın birinə üzünü tutub adın nədir? deyə soruşur. Uşaq cavab verir. Əgər cavab verən uşaq yanılıb öz adını, yaxud xörəyinin adını düzgün deməzsə əvəzinə öz adını deyərsə, o uşağa cəza verilir. Verilən cəza belədir. Uşaq başını aşağı əyməli, yəni digər uşaqlara hörmət əlaməti olaraq təzim etməlidir. Və ya dairəyə daxil olub rəqs etməli, ya da bildiyi şeirlərdən, sərqilərdən parçalar söyləməlidir. Cəzanı uşaq qəbul etməzsə yəni imtina edərsə, ona başqa bir tənbeh də vermək olar. O bu cəzalardan da imtina edərsə onda ona arzuladığı cəzanı vermək məqsədəuyğun olar. Verilmiş cəzanı qəbul etməyən uşaq oyunda oynaya bilmez

İstinadlar[redaktə | mənbəni redaktə et]

“Mütəhərrik və əyləncəli oyunlar”, B a l o ğ l a n Q u l i y e v, (Bakı – «ADPU» nəşriyyatı-2011)