Tapdıq Quluzadə

Quluzadə Tapdıq Həsən oğlu 01.02.1972-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olmuşdur.1979-cu ildə Pələkli kənd orta məktəbinin 1-ci sinifinə getmiş,1989-cu ildə Çatax kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat " fakultəsinə daxil olmuşdur. 1994-cü ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat " fakultəsini bitirərək "Riyaziyyatçı-riyaziyyat müəllimi" ixtisasına yiyələnmişdir. 1994–1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.1997-ci ilin yanvar ayından bu günə kimi AzDİU-nun "Riyaziyyat" kafedrasında b/laborant,müəllim,b/müəllim və dosent vəzifələrində işləmişdir. 2003-cü ildən 0013-"İqtisadi-riyazi üsullar "ixtisasından namizədlik işi müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 2013-cü ildən AAK tərəfindən dosent adına layiq görülmüşdür.

Tapdıq Quluzadə
Doğum tarixi (51 yaş)
Doğum yeri Azərbaycan,Tovuz

Həyatı[redaktə | mənbəni redaktə et]

Hal-hazırda "Kibernetika"institutunda elmlər doktoru üzrə doktoranturada təhsil alır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İşlədiyi dövrdə 28-ə qədər elmi məqalə, "İqtisadçılar üçün ali riyaziyyat kursu", "Riyaziyyat-1", "Riyaziyyat-2", "Xətti cəbr və riyazi analiz", "Ehtimal nəzəriyyəsi və riyazi statistika " və " fənlərinə aid metodik göstəriş,dərs proqramlarının,dərs vəsaitlərinin və iki tərcümənin müəllifidir.Respublikada ilk dəfə olaraq "Maliyyə riyaziyyatı" üzrə fənn proqramı hazırlamış və "Maliyyə riyaziyyatı" kitabını tərcümə etmişdir. 2015-ci ildə "Riyaziyyat "fənni üzrə "Sabahın alimləri" respublika müsabiqəsində şagirdlərə rəhbərlik etmişdir.

Ailə vəziyyəti[redaktə | mənbəni redaktə et]

Ailəlidir və üç övladı var.