Taqanroq xəzinədarlıq binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbədən ibarət olan bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, ev 86[1].
Taqanroq xəzinədarlıq binası | |
---|---|
rus. Дом таганрогского казначейства | |
47°12′55″ şm. e. 38°55′57″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1830-cu illər |
Vikianbarda əlaqəli mediafayllar |
Taqanroq şəhəri Qreçeskaya küçəsində ev 86 ünvanında yerləşən bina 1830-cu ildə inşa edilmişdir. 1871-ci ildə binada Azov-Don Kommersiya bankı yerləşirdi.
Binanın ilk sahibi italiyalı dövlət qulluqçusu misiqiçi Ruoko olmuşdur. Onun evində adətən qastrolda olanartist və musiqiçilər qalırdılar.
1873–1875-ci illərdə binanın sahibi polkovnik Aleksandr Qavriloviç Remi olmuşdur. O, sonradan hətta general-mayor rütbəsinə qədər yüksələ bilmişdir. 1880-ci illərdə binanın sahibi şəhərin fəxri sakini Dmitri Kadoyanki olmuşdur. O, İvan Kandoysnkinin nəvəsi idi. İvan Kandoysnkiyə 1811-ci ildə I Aleksandr tərəfindən Taqanroqda 110 desyantin torpaq sahəsi olan ərazi bəxş edilmişdir.
1880-ci illərin sonları binanın sahibliyi Yakov Solomonoviç Polyankova keçmişdir. O, şəhərdə mesenat olaraq tanınırdı.
1898–1915 illərdə binada Dairə xəzinədarlığı yerləşirdi. в этом доме находилось Окружное казначейство. 1910-cu ildə binada kassalar fəaliyyət göstərmişdir. Kassaya rəhbərlik edən Yevgeni Pavloviç Prokofev binada ailəsi ilə birlikdə yaşayırdı.
Hazırda tikili yaşayış binası kimi istifadə edilir. Həyətində yerləşən tikilidə isə Texniki inventarlaşdırma bürosu yerləşir.
Bina neoklassizm stilində inşa edilmişdir. Əsas girişin üzərində kolonnalarla bəzədilmiş talvar vardır. Binanın ikinci mərtəbəsinin fasadı dekorativ elementlərlə bəzədilmişdir. Mərtəbələr mərtəbəlır arası karnizlərlə ayrılır. Binanın hazırda pəncərlərəri yenilənmişdir. Vaxtı ilə mövcud olan məhəccərlər sökülmüşdür. Parapetdə, mərkəzi hissədə gerb yerləşirdi. Metalik ajur kolonnalar taxtaları ilə əvəzlənmişdir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir
Энциклопедия Таганрога. — Ростов-н/Д: Ростиздат, 2003. — 512 с. — ISBN 5-7509-0662-0