Tarasovski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Tarasovski qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 180 km məsafədə yerləşir.
Rayon | |
Tarasovski rayonu | |
---|---|
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1923 |
Sahəsi | 2767,47[1] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86386 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarasovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukraynanın Luqansk vilayəti, şimalında Millerov, cənubunda Kamenski, şərqində isə Kaşar və Milyotinski rayonları ilə əhatələnmişdir. Rayon mərkəzi olan Tarasovski şəhər tipli qəsəbədir. Qəsəbə Qlubokaya çayı sahilində yerləşir. Tarasovski qəsəbəsi ilə Rostov-na-Donu şəhəri arasında məsafə 200 km təşkil edir. Tarasov rayonu Rostov vilayətində yerləşən Millerovo-Kamensk-Şaxtinski sənaye mərkəzlərinin arasında yerləşir. Tarasovski rayonu ilə Volqoqrad və Krasnodar vilayətlərinin mərkəzləri arasında məsafə müvafiq olaraq 429 və 461 km təşkil edir. Moskva ilə məsafə isə 909 km təşkil edir. Tarasovski rayonunun ərazisi — 2767 km², hər km² isə 1,15 nəfər təşkil edir.
Tarasovski ərazisindən iki federal əhəmiyyət yol keçir: «Moskva-Bakı» dəmir yolu və М-4 avtomagistralı. Tarasovski rayonunun ərazisindən ümumilikdə 208,4 km rayon yolu keçir. 34,4 km isə kənd yolu keçir.
Rayonun mərkəzi Millerovo — Rostov-na-Donu üzərində yerləşir. Burada təkcə «Moskva — Bakı» magistralı deyil həmdə Ukrayna istiqamətində hərəkət edən dəmir yolu keçir. Tarasovskifən Rostov-na-Donu şəhərində yerləşın çay limanı arasında məsafə 200 km, Azov və Taqanroq limanları arasında məsafə müfaviq olaraq 256 və 296 km təşkil edir.
Rayon 1924-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilmişdi. 1965-ci ilin 20 yanvar tarixində yenidən bərpa edilmişdir[3].
Tipik kənd təsərrüfatı istiqamətli bir rayondur. Əsasən taxılçılıq istiqamətlidir.