Tarixdə imamət məktəbi (Məhərrəmi)

Tarixdə imamət məktəbiQulamhəsən Məhərrəminin kitabı.

Tarixdə imamət məktəbi
Müəllif Qulamhəsən Məhərrəmi
Janrlar Hədis, İslam tarixi
Mövzu İmamət
Orijinalın dili Farsca
Ölkələr Azərbaycan Azərbaycan
Tərcüməçi Yalçın Cavadzadə
Nəşriyyat Qədim Qala (2018)
Səhifə 288
ISBN ISBN 9789952807844

Bu kitabı təqdim etməkdə məqsədimiz sizi tarixdə imamət məktəbinə dair mövcud olan mühüm mənbələrlə tanış etmək, bu mənbələrə istinad edərək Əhli-beyt məktəbini müxtəlif cəhətlərdən işıqlandırmaqdır. Kitabı oxuduqdan sonra zehninizdə bu mövzu ilə bağlı bir çox suallara cavab tapacaqsınız. “Tarixdə imamət məktəbi” – bu məktəbin təşəkkül tapmasına səbəb olan ictimai-siyasi hadisələrdən başlayaraq müxtəlif xəlifələrin dövründə keçdiyi tarixi prosesləri əhatə edir. Kitab Əhli-beyt tərəfdarı olan səhabələr, tarixin bəzi dönəmlərində bu məktəbin ardıcıllarının rəhbərliyi ilə baş vermiş böyük qiyamlar, müxtəlif təzyiqlər nəticəsində köç etdikləri coğrafi ərazilər, məskunlaşdıqları böyük şəhərlər, yaratdıqları ədəbiyyat və nəhayət, daxildəki parçalanmalarla bağlı ətraflı məlumat təqdim edir.

Kitab 2018-ci ildə fars dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 288 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

  1. "Tarixdə İmamət Məktəbi" (az.)). qedimqala.az. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]