Tariyel Hüseynəli oğlu Talıbov (22 fevral 1949, Noraşen rayonu) – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009), AMEA-nın həqiqi üzvü (akademik) (2014)[1].
Tariyel Talıbov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1949 (75 yaş) |
Doğum yeri | |
Təhsili | ali, Biologiya fakültəsi |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü |
|
|
Təltifləri |
Talıbov Tariyel Hüseynəli oğlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd onbirillik orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir.
1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.
16 yanvar 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktorudur.
2005–2010-cu illərdə 12 №-li Şərur seçki dairəsindən III–IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı və 4 nəvəsi vardır.
Naxçıvan MR-in flora biomüxtəlifliyinin tədqiqi, taksonomik spektrin hazırlanılması və səmərəli istifadəsi və qorunmasına aiddir. İlk dəfə olaraq Naxçıvan MR-in flora biomüxtəlifliyində ali bitkilərin taksonomik spektri hazırlanmış, onların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyi ilə sıx əlaqəda olan onurğalı heyvanların taksonomik spektri hazırlanılmış, region təbiətinin artan antropogen təsirlər nəticəsində modifikasiya və ya transformasiya səbəbləri işlənilərək, onurğalı heyvanların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir. Naxçıvan MR-in flora və bitkiliyinə, meyvə, üzüm və dərman bitkilərinə aid tədqiqatları elmi fəaliyyətdə mühüm yer tutur. Kadr hazırlığı: fəlsəfə doktorları-4, elmlər doktorları-1.
1970-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. 1974-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (İndiki Naxçıvan Dövlət Universiteti) kimya-biologiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. O, baş laborant vəzifəsindən Biologiya kafedrasının müəllimi, baş müəllimi, dosenti vəzifələrinə seçilmiş və ləyaqətlə fəaliyyət göstərmişdir.
T. Talıbov 1989-cu ildə Naxçıvan Dövlət Universitetində Botanika kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2003-cü ilədək bu kafedraya rəhbərlik etmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin professorudur.
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz Ekoregional Şurasının üzvüdür.