Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tasi mədəniyyəti - Yuxarı Misirdə aşkarlanmış ən qədim arxeoloji mədəniyyət olub, təxminən e.ə. 4500-cü ildə yaranmışdır[1].
Tasi mədəniyyəti | |
---|---|
Coğrafi region | Misir |
Lokallaşdırılması | Yuxarı Misir |
Təmsil edən | qədim misirlilər |
Vikianbarda əlaqəli mediafayllar |
Mədəniyyət öz adını dəfn artefaktlarının tapıldığı Nilin şərq sahilində, Asut və Axmim şəhərləri arasındakı Deir-Tasa ərazisindən götürmüşdür.
Tasi mədəniyyətinin əsas xarakterik göstəricisi yuxarı hissəsi və içi qara rəngdə olan ketamik qablardır. Ümumiyyətlə bu cür keramik qablar Qədim Misirdə sülalədən əvvəlki dövrün periodizasiyasını verməyə imkan verir.
Misiroloq Flinders Pitrinin yaratdığı xüsusi sistemlə sülalədən əvvəlki dövr aid istənilən keramikin təxmini tarixini vermək olar. Bu zaman artefaktın tutacaqlarına istinad edilir.
Arxeoloji qazıntılar nəticəsində bu mədəniyyətə aid məzarlıqlar tapılmışdır. Əldə edilən daşlaşmış skeletlər Merimde mədəniyyətinə aid skeletlərə oxşayır. Araşdırmalar göstərir ki, bu dövrün insanları dolixokefal, yəni uzunsov başlı, iri gövdəli olurlar. Badari, Amrat və Natufi insanları daha cılız formalı idilər[2].
Tasi və Badari mədəniyyətlərinin keramikaları arasında nəzərə çarpan fərqlərin olmaması səbəbindən Tasi mədəniyyəti Flinders Pitrinin sistemində 21-29 aralığında Badari mədəniyyəti ilə üst-üstə düşür[3].