Tata Nano — Hindistanın Tata Motors şirkətinin istehsal etdiyi avtomobil markası
Tata Nano | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | Tata Motors |
Qabariti | |
Uzunluğu |
|
Eni | 1.495 mm |
Hündürlüyü | 1.652 mm |
Təkər bazası | 2.230 mm |
Vikianbarda əlaqəli mediafayllar |
Velosiped və ya motosikletə dörd nəfərin mindiyi Hindistan şəhərlərini avtomobillə doldurmaq və insanların təhlükəsizliyini təmin etmək üçün iş adamı Ratan Tata yığcam və ucuz maşın hazırlamaq qərarına gəlir. Tezliklə "Chrysler CCV" və 1984-dən bəri Hindistanda yığılan "Maruti 800"-ün bazasında yeni model hazırlanır. Bu avtomobil də "Chrysler" kimi kompozit materialdan hazırlanmışdı. Avtomobilin mühərriki "Bosch" firması ilə birgə hazırlanır. Sadə quruluşlu mühərrik az yer tutması üçün arxada, oturacaqların altında yerləşdirilir. Avtomobil 2008-ci il yanarında Dehli avtosalonunda təqdim edilir və bundan sonra seriya istehsal başlayır. 2009-cu ildə isə avtomobilin Avropa bazarına çıxarılacağı barədə xəbərlərə isə Avropa mediası kinayə qarışıq rişxəndlə yanaşır.
Bu avtomobil standartlara uyğunluq baxımından avropalıları, təchizat etibarilə isə Azərbaycan alıcısını razı sala bilməz. Avtomobildə heç bir elektrik avadanlığı, o cümlədən salon qızdırıcısı və ventilyator yoxdur. Sükan gücləndiricisi olmayan avtomobildə cəmi bir şüşəsilən və 1 güzgü var. Oturacaqlar heç biri nizamlanmır (UAZ-dakı kimi). Uzunluğu 3,1, eni 1,5 metr olan avtomobil 2 silindrli 33 at gücü mühərriklə (İJ motosiklet kimi) hərəkətə gətirilir. Ekoloji normalara uyğunluq isə başqa mövzudur. Maksimal sürəti 105 km/saat olan avtomobil 70 km/saat sürətə 14 saniyəyə çatır. Avtomobil 4 pilləli sinxronizatorsuz sürət qutusu ilə təchiz olunub. 600 kiloqramlıq avtomobilin yanacaq sərfiyyatı təqribən hər yüz kilometrə 4 litrdir.
Yuxarıda göstərdiyimiz xüsusiyyətlərinə baxmayaraq, avtomobil tezliklə Hindistanda uğur qazandı. Əhalisinin əksəriyyəti səfalət içində olan ölkədə avtomobilin cəmi 1 milyon rupiyə (təqribən 1600 manat) həm də kreditlə satılması şirkətə böyük qazanc gətirdi.