Tatar ixsiolirionu (İxiolirion tataricum (Pall.) Schult.et Schult.fil. (ixiolirion montanum (Lasill) Herbert.) ya da xiyar gülü- İksiolirionkimilər fəsiləsinə aid bitki növüdür. [1] IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Tatar iksiolirionu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tatar iksiolirionu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
15—25 mm hündürlüyündə soğanağı olan çoxillik ot bitkisidir. 9-12 (17) mm enində, ovalşəkillidir. Gövdə 35(45) sm-dir. Yarpaqları dar xətvari, çiçəkləri, seyrək, salxım və qalxançiçək qrupunda toplanmışdır. Çiçəkyanlığı 6 bölümlü, uzunsov qıfşəkilli, mavi və ya göydür. Çiçəkyanlığı hissələri 3—4 sm uzunluğunda, üçdamarlı, 3 xarici hissə qısa olub, sivriləşmiş, daxildəkilər bir qədər kütdür. Tozluq uzunsov, sancaqşəkillidir. [2]
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Soğanaqla çoxalır. Mezokserofitdir. Aşağı, orta, yuxarı dağ qurşağına quru, gilli və daşlı-çınqıllı torpaqlarda bitir. [2] [3]
Herbari məlumatlarına əsasən ilk dəfə 1936-cı ilin iyulun 26-da Naxçıvanın dağlıq hissəsində Şahbuz rayonu Kükü kəndi ətrafından yığılmışdır. Lakin bir neçə ekspedisiyada orada mövcud olmadığı göstərilmişdir. Hal-hazırda onu Ordubad rayonu Dırnız kəndi və Nüsnüs kəndləri arasında, mis mədəni ətrafında və Diabarda(Zuvand) yayıldığı müəyyən olunmuşdur. [2] [4] [5] [6]
Populyasiyanın sayı azalır. Fraqmentləşmiş sahələrin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur. [6]
Otarılma, tapdalanma və əhali tərəfindən intensiv yığılması nəticəsində yaşama ərazisi məhdudlaşır.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Xüsusi nəzarət altına alınmalı, yasaqlıqlar təşkil olunmalıdır.