Tatar ixsilirionu

Tatar ixsiolirionu (İxiolirion tataricum (Pall.) Schult.et Schult.fil. (ixiolirion montanum (Lasill) Herbert.) - İksiolirionkimilər fəsiləsinə aid bitki növüdür. [1]

Elmi adı - İxiolirion tataricum (Pall.) Schult.et Schult.fil. (ixiolirion montanum (Lasill) Herbert.) 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. 

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

15—25 mm hündürlüyündə soğanağı olan çoxillik ot bitkisidir. 9-12 (17) mm enində, ovalşəkillidir. Gövdə 35(45) sm-dir. Yarpaqları dar xətvari, çiçəkləri, seyrək, salxım və qalxançiçək qrupunda toplanmışdır. Çiçəkyanlığı 6 bölümlü, uzunsov qıfşəkilli, mavi və ya göydür. Çiçəkyanlığı hissələri 3—4 sm uzunluğunda, üçdamarlı, 3 xarici hissə qısa olub, sivriləşmiş, daxildəkilər bir qədər kütdür. Tozluq uzunsov, sancaqşəkillidir. [2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Soğanaqla çoxalır. Mezokserofitdir. Aşağı, orta, yuxarı dağ qurşağına quru, gilli və daşlı-çınqıllı torpaqlarda bitir. [2] [4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Herbari məlumatlarına əsasən ilk dəfə 1936-cı ilin iyulun 26-da Naxçıvanın dağlıq hissəsində Şahbuz rayonu Kükü kəndi ətrafından yığılmışdır. Lakin bir neçə ekspedisiyada orada mövcud olmadığı göstərilmişdir. Hal-hazırda onu Ordubad rayonu Dırnız kəndi və Nüsnüs kəndləri arasında, mis mədəni ətrafında və Diabarda(Zuvand) yayıldığı müəyyən olunmuşdur. [2] [5] [6] [7]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azalır. Fraqmentləşmiş sahələrin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur. [7]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Otarılma, tapdalanma və əhali tərəfindən intensiv yığılması nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Xüsusi nəzarət altına alınmalı, yasaqlıqlar təşkil olunmalıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. 1 2 3 Флора Азербайджана, 1952
  3. "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
  4. Ибадлы О.В. 2005
  5. İbadlı O.V., 2004
  6. Talıbov T.H., İbrahimov Ə.Ş.
  7. 1 2 İbadlı O.V., Qaraxani P.X.