Tatyana Yevqenyevna Çaladze (19 fevral 1959, Latviya Sovet Sosialist Respublikası – 2 dekabr 2017, Bakı) — Latviya və Azərbaycan jurnalisti.
Tatyana Çaladze | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Latviya SSR, SSRİ |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Uşağı | 1 qız |
İxtisası | Jurnalist |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Latviyada anadan olmuş və böyümüş Tatyana Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib.[1] 1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib.[1] Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir.[1] Azərbaycan prezidentinin sərəncamı ilə 21 iyul 2010-cu ildə Tatyana Çaladzeyə Əməkdar jurnalist adı verilib.[2] İslam dinini qəbul etmişdi.[3]
O, 2017-ci il dekabrın 2-də vəfat edib.[4] Dekabrın 3-ü Bakının Yasamal rayonunda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.[4]